Sarkisyan erməniləri müharibəyə hazırlaşmağa çağırdı: Yenidən qələbə qazanmalıyıq
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan Qarabağda separatçı hərəkatın başlamasının 37-ci ildönümü münasibətilə müraciət yayıb.
Publika.az xəbər verir ki, Sarkisyan erməniləri indiki hakimiyyətin ideologiyasını rədd etməyə, müharibəyə hazırlaşamağa çağırıb.
Sarkisyan yazır: “Yaddaş bizim gücümüzdür, Yaddaş bizim irəlilədikcə bələdçimizdir, Yaddaş hərəkət etmək iradəmizdir. Yaddaşını gec-tez itirən xalq gələcəyini də itirir”.
Xocalı qatili ermənilərin gələcəyə gedən yolda əsas məqamlarını da vurğulayıb:
• dövlət və vətən haqqında yalan və təhlükəli tezisləri qəbul etməmək,
• biganəliyi rədd etmək
• qorxulara qalib gəlmək,
• sayıqlığı itirməmək,
• təhlükələrin dəqiq hesablanması,
• yenidən qələbə qazanmaq.
Bu çağırışdan aydın olur ki, Sarkisyan tökdüyü qandan doymayıb və cəzasız qalacağını güman edir. Görünür Xocalı qatilinin könlündən Bakı həbsxanası keçir. Onun mütləq arzusuna çatdırmaq lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















