Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sarsılmaz qardaşlıq, dünyada bənzəri olmayan birlik və strateji müttəfiqlik

Sarsılmaz qardaşlıq, dünyada bənzəri olmayan birlik və strateji müttəfiqlik

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlham Əliyev: Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Azərbaycan ilə Türkiyə arasında formalaşan münasibətlər dünya siyasətində bənzəri az rast gəlinən bir modeldir. Bu münasibətlər sadəcə klassik diplomatik və strateji tərəfdaşlıqla məhdudlaşmır - əksinə, tarixə, dilə, mədəniyyətə və ortaq milli kimliyə əsaslanan sarsılmaz bir qardaşlıq bağını əks etdirir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin fəlsəfəsini ifadə etməklə bərabər, bu gün hər iki ölkənin daxili və xarici siyasətində qarşılıqlı etimad və həmrəyliyin əsas sütununa çevrilmişdir.

Tarix boyu eyni coğrafi taleyi paylaşan Azərbaycan və Türkiyə, müstəqilliklərini qorumaq və bölgədə sabitliyi təmin etmək üçün dəfələrlə bir-birinə arxa durmuş, milli maraqlar naminə vahid mövqe nümayiş etdirmişlər. Bu münasibətlər xüsusilə 2020-ci il Vətən müharibəsində öz zirvəsinə çatdı. Türkiyənin siyasi, diplomatik və mənəvi dəstəyi təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyinə çevrildi. Müharibə dövründə Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyə dövlət aparatının açıq şəkildə Azərbaycanın yanında yer alması, beynəlxalq səviyyədə böyük rezonans doğurmaqla yanaşı, Cənubi Qafqazda güc balansına da ciddi təsir göstərdi.

Qardaş Türkiyənin müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsi...

Vurğulandığı kimi, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin bənzərsizliyini ifadə edən ən güclü dəyərlərdən biri də çətin zamanlarda göstərilən qarşılıqlı dəstəkdir. Tarixin müxtəlif dövrlərində bu iki qardaş ölkə bir-birinin ağrılarını bölüşməkdən, beynəlxalq təzyiqlər qarşısında birlik nümayiş etdirməkdən və ən gərgin siyasi məqamlarda belə səmimi dəstək göstərməkdən çəkinməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 15-də 2016-cı ildə Türkiyədə baş verən hadisələrin ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Prezident İlham Əliyev türkiyəli həmkarına doqquz il əvvəl - 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verdiyini bildirib. “Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul - “Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir”, - deyə vurğulanın məktubda o da qeyd olunur ki, xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət, iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi: “Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi. Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu. Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Türkiyə yanımızda dayandı...

Bəli, iki qardaş ölkə hər zaman - ən çətin, ən ağır, ən vacib anlarında çiyin-çiyinə, yan-yana durmağı bacarır, qardaşlığı sarsılmaz birliyə çevirir, ən böyük problemlərin öhdəsindən gəlir. Bu münasibətlərdə yalnız diplomatik jestlər deyil, real siyasi, mənəvi dəstək, dayaq konkret nəticələrlə müşayiət olunub. 2020-ci il Vətən müharibəsi bu qardaşlıq münasibətlərinin ən bariz nümunələrindən biridir - həmin dövrdə Türkiyə dövlət başçısından tutmuş, sadə vətəndaşına qədər Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə verdiyi bəyanatlar, Türkiyə mediasının və ictimaiyyətinin Azərbaycana sonsuz dəstəyi xalqımıza stimul və əlavə güc verdi - bu dəstək təkcə hərbi və siyasi aspektdən deyil, psixoloji baxımdan da mühüm anlam daşıdı. Azərbaycan xalqının ədalət yolunda, haqq yolunda tək olmadığını bütün dünya gördü.

Azərbaycanın qardaş dəstəyi...

Eyni zamanda, Türkiyə özü də zaman-zaman terror təhlükəsi, təbii fəlakətlər və beynəlxalq təzyiqlərlə üzləşdiyi dövrlərdə Azərbaycanın qardaşlıq mövqeyini hiss edib. Vurğulandığı kimi, 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə xəyanətkar qüvvələr tərəfindən dövlət çevrilişinə cəhdi zamanı Azərbaycan xalqının ürəyi qardaş Türkiyə ilə döyündü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.

Türkiyədə episentri Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ zamanı iki qardaş xalqın dostluğu növbəti dəfə sınaqdan çıxdı. Belə ki, Azərbaycan Türkiyəyə yardıma birinci gələn və fəlakət bölgəsini sonuncu tərk edən ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dövlət xətti ilə texniki dəstək və humanitar yardımlar sonrakı günlərdə də ardıcıl şəkildə davam etdirilib.

Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Deyə bilərik ki, Heydər Əliyev Fondunun çağırışı ilə bu kampaniyaya bütün Azərbaycan cəmiyyəti qoşulub.

Bu il iyunun 19-da isə Türkiyənin Kahramanmaraş şəhərində iki qardaş ölkənin birliyinin növbəti rəmzi əyani şəkildə nümayiş etdirildi - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin açılış mərasimi keçirildi. Bu layihə təkcə bir tikinti layihəsi deyildi, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsi idi.  “Azərbaycan məhəlləsi” iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İki ölkənin qardaşlığının əsas nümunələrindən biri də rəsmi müttəfiqlik əhdidir - 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə qardaşlığın ən böyük rəsmi təsdiqi kimi tarixə yazıldı.

Beləliklə, Azərbaycan ilə Türkiyə arasında münasibətlər sadəcə maraqların üst-üstə düşməsi ilə formalaşmayıb - bu münasibətlər sınaqlardan keçmiş, möhkəmlənmiş və dəyərlərə əsaslanan bir modeldir. Belə bir qardaşlıq müasir dünyada nadir rast gəlinən strateji və mənəvi ittifaqdır.

P.SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri