Saşa İliç: Yoldaşlıq görüşlərindəki hesab bizi narahat etmir
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Türkiyə toplanışı çərçivəsində Macarıstanın "Pakş" klubuna qarşı keçirilən ilk yoldaşlıq oyunundakı məğlubiyyəti (1:5) şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis belə oyunlarda hesabın önəmli olmadığını bildirib:
"Bu cür matçlarda nəticə vacib deyil. Yoldaşlıq görüşlərindəki hesab bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Qolları əsasən fərdi səhvlərdən buraxdıq. Bunun üzərində işləyəcəyik".
İliç komandanın hazırlıq səviyyəsinə də toxunub:
"Cəmi 4-5 gündür məşq edirik. Gənclərin təcrübəyə ehtiyacı var, biz də onlara bu şansı yaradırıq. Bəzi legionerlər düşərgəyə gec qoşulub, ona görə də hələlik optimal formadan danışmaq tezdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 09 Yanvar 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















