Icma.az
close
up
RU
Savadlı, təcrübəli və ləyaqətli kadrlar isə sistemdən sıxışdırılır

Savadlı, təcrübəli və ləyaqətli kadrlar isə sistemdən sıxışdırılır

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ədalət prinsipləri əsasında qurulmayan kadr siyasəti istənilən dövlət qurumunun iflasına aparan ən təhlükəli amillərdən biridir. Təəssüf ki, bu gün bir çox hallarda peşəkarlıq, savad və vicdan kənarda qalır, onun əvəzində şəxsi tanışlıq, maliyyə imkanları və yaltaqlıq meyarına uyğun olanlar irəli çəkilir. Dövlət xidmətində bu cür yanlış seçimlər təkcə fərdlərin yox, bütöv sistemin süqutuna səbəb olur.
Vəzifəyə təyin edilən şəxsin savadsız, idarəetmə qabiliyyətindən uzaq, lakin “day-daylı” və ya pullu olması, həmin vəzifənin məsuliyyətini deyil, imtiyazını düşünməsi ilə nəticələnir. Belə şəxslər qanunvericilik, vətəndaş məmnuniyyəti və milli maraqları deyil, şəxsi mənfəətini əsas götürür. Onların fəaliyyəti dövlətə xidmət deyil, öz maraqlarına xidmət üzərində qurulur. Ən acınacaqlısı isə odur ki, bu cür şəxsləri vəzifəyə irəli çəkənlər gec-tez həmin səhv seçimlərinin girovuna çevrilirlər. Çünki vicdanını və məsuliyyətini pula dəyişən insan bir gün onun yuxarısında dayananı da eyni şəkildə yarı yolda qoya bilər.
Savadlı, təcrübəli və ləyaqətli kadrlar isə sistemdən sıxışdırılır, ya da özlərinə yer tapa bilməyib kənarda qalırlar. Bu isə təkcə fərdi ədalətsizlik deyil, dövlət idarəetməsinin səmərəliliyinə vurulan zərbədir. Dövlət xidmətində uğurun təməli düzgün kadr seçimi, şəffaflıq və məsuliyyətli idarəçilikdir. Əks halda, dövlət qurumları nə bu günə cavab verə, nə sabahı qura, nə də cəmiyyətin inamını qoruya bilər. Sistem ancaq vicdanlı və peşəkar insanların əli ilə möhkəmlənə və inkişaf edə bilər. Əgər bu prinsiplər ayaqlar altına atılırsa, həmin xidmətin adı olsa da, mahiyyəti çoxdan itib.
Əli İbrahimov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri