Icma.az
close
up
RU
Saxta ətirlər insanlara necə satılır?

Saxta ətirlər insanlara necə satılır?

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


Parfumeriya məhsullarından demək olar ki, hər kəs istifadə edir. Lakin yanlış seçim etdikdə müəyyən problemlərlə üzləşirik. Məsələn ətir alan zaman qalıcılığı olmur, dəriyə zərər vurur və müxtəlif xəstəliklər yaranır. Bu da saxta ətirlərin istehsala buraxıldığı məsələsini gündəmə gətirir. Bəli, artıq günümüzdə saxta ətirləri orijinalından ayırd etmək çətindir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, ən brend mağazalarda belə saxta ətirlər satılır: “İstehlakçılar bilməlidir ki, parfumeriya məhsullarının da ərzaq malları kimi üzərində buraxılma tarixi və son yararlılıq müddəti yazılmalıdır. Lakin monitorinq aparsaq görərik ki, 90 faiz parfumeriya, o cümlədən ətirlərin üzərində nə buraxılma tarixi, nə də son yararlılıq müddəti qeyd edilib. Bəzi alıcılar müəyyən saytlar tapırlar və məhsulun üzərindəki artikl nömrəsini ona daxil edirlər. Əldə olunan məlumatlar onu göstərir ki, həmin malların əksər hissəsi vaxtı keçmiş parfumeriya məhsulları və ətirlərdir”.

Eyyub Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin 114 saylı qərarına görə parfumeriya, ətirlər dəyişdirilməyən və qaytarılmayan mallar sırasındadır:
“Sözügedən qərarda, habelə istehlakçıların hüququnun müdafiə edilməsi ilə bağlı qanunda da dəyişikliklər aparılmalıdır. Brend məhsulları Azərbaycanda satmaq istəyənlərin məqsədi səmimidirsə, onlar gərək KİV-lərlə sıx əlaqələr qursunlar. Bazarın təmizlənməsi üçün işlər görsünlər. Sanki onlar bu devizlə çalışır: “Birimiz hamımız üçün, hamımız birimiz üçün”. İllər öncə “Sədərək Ticarət Mərkəzi”ndə çoxsaylı dükanları ifşa etdik. Orada kütləvi sürətdə saxta parfumeriya malları, ətirlərin satıldığını bildirdik. Aidiyyəti qurumlar həmin istiqamətdə araşdırmlar aparsalar da, kafi olmadı. Bir məqamı da vurğulayım ki, parfumeriya məhsulları satan dükanlar sanki Azərbaycan manatının kopyası kimi, manatın funksiyasını yerinə yetirən kartlar alıcılara təqdim edirlər və söyləyirlər: “Nə zaman istəsəniz gəlib ətir ala bilərsiniz”. Sözügedən karta vaxt məhdudiyyəti qoyurlar və onu çox kiçik hərflərlə yazırlar. Həmin kartların bir hissəsi ciblərdə yuyulur, bəzisinin vaxtı keçir və s. Beləliklə parfumeriya şəbəkələri bu yollarla qazanc əldə edirlər. Düşünürəm ki, müvafiq orqanlar sözügedən məsələyə ciddi nəzarət etməlidir, tədbirlər gücləndirilməlidir”.


Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri