Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi bloklandı FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram hesabı bloklanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə həmkarı Nigar Mahmudova məlumat verib.
O bildirib ki, Ataşovanın səhifəsi saxta diplomlu həkimlərin sifarişi əsasında bloklanıb.
"Kaş yaxşı işlərdə belə koalisiya olaydınız. Milyonlar qazanmaq üçün insan canına qıyanda yox, cinayətlərinizi ört-basdır eləmək üçün yox. Düz qorxursunuz", - deyə N.Mahmudova yazıb.
Qənirə Ataşovanı hazırda "Facebook" səhifəsindən izləmək mümkündür.
Qeyd edək ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir. O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Noyabr 2024 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















