Icma.az
close
up
RU
Saxta kosmetoloqlara cəza var?

Saxta kosmetoloqlara cəza var?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Daha əvvəl qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olması ilə bağlı məlumatlar yayılan "kosmetoloq" Nigar Rüfət hələ də "Laser Beauty Clinic"də fəaliyyətini davam etdirir.

Fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Laser Beauty Clinic"də yoxlama keçirilib.

Analitik Ekspertiza Mərkəzindən  bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib:

"Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir". 

Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.

Qeyd edilib ki, məsələ araşdırılır. Müvafiq qərar veriləndən sonra ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki,  bu, Azərbaycanda ilk belə hadisə deyil.

İxtisası həkim-kosmetoloq kimi işləməyə uyğun olmayan şəxsin kosmetoloq kimi fəaliyyət göstərməsi hansı maddələr üzrə cinayət və ya inzibati məsuliyyət yaradır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin həkim olmamalarına baxmayaraq, özlərini həkim- kosmetoloq kimi təqdim etməsi müşahidə olunur: 

“Özlərini həkim- kosmetoloq kimi təqdim edənlərlə bağlı cəmiyyətdə çoxsaylı şikayətlər və narazılıqlar var. Hətta Səhiyyə Nazirliyində bu məsələ ilə bağlı araşdırma aparılacağı ilə bağlı məlumatlar yayılıb. İlkin olaraq burada iki situasiya mümkündür. 

Birincisi, mövcud informasiyaya əsaslansaq, ümumiyyətlə,  həkimlik ixtisasına yiyələnməmiş şəxslərin özlərini həkim kosmetoloq kimi təqdim etməsi halları müşahidə olunub. 

Bu halda şəxs təbii olaraq məsuliyyət daşıyır, çünki həkim olmadığı halda bu fəaliyyətlə məşğul olması düzgün deyil (Cinayət Məcəlləsinin 195-ci maddəsi – “Tibbi fəaliyyəti qanunsuz həyata keçirmə”)”.

Onun sözlərinə görə, belə hallarda müvafiq qurum həmin şəxsə qarşı araşdırma apara bilər və hətta cinayət işinin açılması da mümkündür:

“Ən yaxşı halda, şəxsin özünü vəzifəli şəxs kimi təqdim etməsi səbəbindən cinayət işi başlana bilər (Cinayət Məcəlləsinin 308-ci maddəsi – “Vəzifəli şəxs kimi təqdim etmə”). 

Bu hallarda şəxsin əsas məqsədi gəlir əldə etmək olur və bu məqsəd üçün özünü ixtisaslı həkim kimi təqdim etməsi vəzifəli şəxs kimi təqdim olunmasına bərabər tutularaq cinayət məsuliyyətinə səbəb ola bilər”.

Hüquqşünas qeyd edib ki, ikinci hal isə başqa sahənin həkiminin sonradan həkim- kosmetoloq kimi fəaliyyət göstərməsidir:

“Azərbaycanda məlumatlara görə, kosmetologiya sahəsində hələ ixtisas mövcud deyil. Bəzi hallarda bu sahədə çalışanlar dermatologiya ixtisası istiqamətində təhsil alıblar, lakin kosmetoloji sahə genişdir və gələcəkdə Azərbaycada tibb təhsilində bu ixtisasın yaradılması ehtiyacı ola bilər. 

Belə halda, başqa sahənin həkimi özünü kosmetoloq kimi təqdim etsə də, bu, onun vəzifəli şəxs kimi təqdim olunmasına bərabər tutulmur. Lakin kosmetoloji prosedurların nəticəsində vətəndaş zərər görsə, həmin şəxsdən şikayət etmək hüququ var (İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi – “Tibbi xidmət göstərərkən qaydanın pozulması” və ya Cinayət Məcəlləsinin 177-ci maddəsi – “Sağlamlığa zərər vurma”).

Səhiyyə Nazirliyi bu sahədə geniş araşdırma aparmağa məcburdur, çünki kifayət qədər narazılıqlar mövcuddur. 

Problemin aradan qaldırılması yalnız özlərini həkim kosmetoloq kimi təqdim edən şəxslərin fəaliyyətinin araşdırılması və nəticədə onların fəaliyyətinə icazə verilib-verilməməsi məsələsinin həllindən sonra mümkün olacaq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Saxta kosmetoloq Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri