Icma.az
close
up
RU
Saxta plastik cərrah vətəndaşı şikəst qoydu AÇIQLAMA

Saxta plastik cərrah vətəndaşı şikəst qoydu AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkədə yayılan iddiaya görə “TikTok” platformasında qarşısına çıxan estetik mərkəzə müraciət edən və özünü plastik-estetik cərrah kimi təqdim edən şəxs tərəfindən əməliyyat olunan vətəndaşın evinə iflic vəziyyətində qayıtdığı bildirilir. Bu cür hallar tibbi fəaliyyətin qanuniliyinin, həkimlərin ixtisas uyğunluğunun və pasiyent hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirir.
Hüquqşünas Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, vətəndaşlar əməliyyat olunacaqları, hətta sadə müayinəyə gedəcəkləri həkimlərin etibarlılığını əvvəlcədən yoxlamalıdırlar. 
"Burada demək olmaz ki, sosial şəbəkədə, məsələn, TikTok-da hesabı olan bütün həkimlər saxtadır və ya əksinə, hesabı varsa, deməli, mütləq güvəniləndir. Eyni zamanda sosial mediada olmamaq da həkimin avtomatik olaraq etibarlı olması demək deyil. Əsas məsələ odur ki, vətəndaş mütləq araşdırma aparmalı, həmin şəxsin həqiqətən bu peşənin sahibi olub-olmadığını, ixtisasının və sertifikatlarının mövcudluğunu yoxlamalıdır. Plastik cərrahlarla bağlı son dövrlərdə müəyyən tənzimləmələr və sertifikatlaşdırma tədbirləri həyata keçirilib. Çünki hər cərrah plastik cərrah hesab oluna bilməz. Lakin artıq xoşagəlməz hadisə baş veribsə, pasiyent ilk növbədə sağlamlığı ilə bağlı etibarlı tibb müəssisəsinə müraciət etməli və yenidən müayinədən keçməlidir" - o bildirib. 
Hüquqşünas bildirib ki, bununla yanaşı, vaxt itirmədən hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır:
"Çünki burada bir neçə cinayət tərkibi yarana bilər və araşdırma çərçivəsində mütləq məhkəmə-tibbi ekspertizası təyin olunur. Bəzən vətəndaşlar həkimə və ya hüquq-mühafizə orqanlarına gec müraciət edirlər. Halbuki, əgər həkimin əməlində cinayət tərkibi varsa, vaxtında müraciət edilməməsi sonradan bunu sübut etməyi çətinləşdirə bilər. Ekspertiza nəticəsində sağlamlığa vurulan zərərin olub-olmaması və bunun konkret həkimin fəaliyyəti ilə əlaqəli olub-olmaması müəyyən edilir. Şəxs zərərçəkmiş kimi tanındıqdan sonra isə həm maddi, həm də mənəvi ziyanın ödənilməsi ilə bağlı kompensasiya tələbi irəli sürə bilər. Həmçinin, əməliyyatın fəsadlarının aradan qaldırılması üçün tələb olunan əlavə xərclərin də qarşılanması tələb oluna bilər".
Qeyd edək ki, tibbi xidmət sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm həkim, həm də pasiyent üçün hüquqi təminat yaradır.
Həmçinin oxu:
Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar
Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü
Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri