Icma.az
close
up
RU
Saxta saytlar yaradıb elm adamlarından pul alırlar Fuad İslamzadədən xəbərdarlıq FOTO

Saxta saytlar yaradıb elm adamlarından pul alırlar Fuad İslamzadədən xəbərdarlıq FOTO

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Son vaxtlar elmi tədqiqatla məşğul olan adamlara məqalə çap etmək barədə göndərilən şirnikləndirici təkliflərin sayı xeyli artıb. Bunlar internet vasitəsilə dələduzluqla məşğul olub elmi-tədqiqat əsərlərinin “çapına” görə aldatma yolu ilə pul alan tüfeylilərdir. Mən özüm təkcə bu günün 7 saatı ərzində qeyd etdiyim mövzuda altı məktub almışam. Aşağıdakı şəkildə elektron poçtumun son səhifəsinin skrin edilmiş hissəsini nəzərinizə çatdırıram. Məlumunuz olsun ki, bu tip məktubları dələduzluq yolu ilə elmi jurnal adından çıxış edən müxtəlif şəxslər də göndərə bilərlər. Onlar yüksək impakt faktoru jurnalda çap etmək adı ilə sizdən məqalə götürüb saxta saytda yerləşdirərək, böyük məbləğdə pul tələb edirlər. Buna görə əgər siz də belə məktub alırsınızsa və verilən vədə əsaslanıb çap üçün məqalə göndərmək fikrindəsinizsə, əvvəlcə məktub aldığınız mətbuat vasitəsini hərtərəfli araşdırın.

Unutmayın ki, yüksəkreytinqli elmi jurnalın redaksiyası məqalə ardınca qaçmaz.

Dünyanın bütün ölkələrində alimlərin sadəlövhlüyündən istifadə edib varlanmağa çalışan firıldaqçılar o qədər həyasızlaşıblar ki, demək olar, bütün az-çox impakt faktoru olan jurnalların hamısının saxta saytlarını yaradıb, həmin saytlar vasitəsilə elm adamlarının, belə deyək, cibinə girirlər.


Mənim özümün işlədiyim jurnalın adından istifadə edilməklə internetdə iki saxta sayt açılıb. Bu saytların yaradıcıları bizim adımızdan istifadə etməklə guya skopus məlumat bazasına daxil olduqlarını iddia edərək dələduzluqla məşğul olurlar. İş hətta o yerə çatıb ki, həmin fırıldaqçı zümrə bizim jurnalın beynəlxalq identifikasiya nömrəsini (ISSN) öz saytlarında göstəriblər, redaksiya heyəti kimi isə Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşının adlarını yazıblar. Haradan əldə edildiyi məlum olmayan həmin siyahıda adları professor kimi qeyd edilənlər arasında hətta orta təhsilli texniki işçilər də vardır. Aşağıda həmin saxta saytların elektron ünvanını göstərirəm ki, həmkarlarım aldanmasınlar:

azerbaijanmedicaljournal.com


azerbaijanmedicaljournal.net

Əfsuslar olsun ki, nə qədər çalışsaq da bu saxtakar tüfeylilərin dələduzluğuna son qoya bilmirik. Çunki ölkədə bu işlə peşəkarcasına məşğul olan ya yoxdur, ya da məşğul olmalı olanlar başlarını ağrıtmaq istəmirlər. Dələduzlar isə öz fitnələrni davam etdirməkdədirlər. Bu saytların yaradıcıları dünyanın, demək olar ki, bütün ölkələrindən aldatma yolu ilə məqalə götürüb yerləşdirirərək böyük məbləğdə pul alırlar. Müəlliflər isə aldadıldıqlarını yalnız məqalələrinin skopus bazasına yerləşdurilmədiyini gördükdən sonra başa düşürlər.

Belə müəlliflərdən bir qismi sonradan kömək üçün bizə müraciət edirlər. Lakin belə hallarda onlara kömək etmək bizim imkanlarımız çərçivəsində deyil. İndiyə qədər bizə Rusiya, Belorusiya, Ukrayna, Özbəkistan, Albaniya kimi ölkələrdən müraciət edib soruşublar ki, nə üçün məqalələri skopusun bazasına daxil edilmir. Araşdırdıqda həmin məqalələrin məhz saxta saytlara göndərildiyi məlum olub.

Bu yaxınlarda hətta bizim azərbaycanlı həmkarlarımızdan birinə də şirnikləndirici vəd verib, bank vasitəsilə nə az-nə də çox, 400 ABŞ dolları məbləğində pul köçürtdürüblər ki, bu da həmin həmyerlimizə bank rüsumu ilə birgə 807 manata başa gəlib. Həmyerlimizin pul köçürməsinə dair bank qəbzinin surətini aşağıda göstərmişəm. Təəssüf ki, qəbzdə hesab nömrəsi natamam yazıldığına görə dələduzların hansı ölkədən olduğunu aydınlaşdıra bilməmişik. Ancaq yuxarıda göstərdiyim saytlardan birinin telefon nömrəsinin Böyük Britaniyaya aid olduğunu bilirik.

Qeyd: Bir daha nəzərinizə çatdırıram ki, yuxarıda adlarını qeyd etdiyim saytlar SAXTADIR və adı çəkilən jurnala heç bir dəxli yoxdur. Həqiqi saytın adını isə reklam etmək fikrində olmadığıma görə göstərmədim.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 İyun 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri