Icma.az
close
up
RU
“Şaxtyor” Arda Turana təklif göndərib?

“Şaxtyor” Arda Turana təklif göndərib?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Məşqçi karyerasının ilk klubu olan “Eyüpspor”da heç də pis təsir bağışlamayan, bu kollektivi ilk cəhddən elitaya daşıyan və bu mövsüm də avrokuboklara vəsiqə qazanmağa çalışan Arda Turanla bağlı xəbər var.
"Football-plus.az" xəbər verir ki, martın ortalarında Türkiyə mətbuatında Ukrayna nəhəngi “Şaxtyor”un Ardaya təklif göndərməsi barədə şayiələr peyda olmuşdu. Bu iddianı türkiyəli jurnalist Salim Manav ortaya atmışdı. Onun paylaşdığı xəbərə görə həmin vaxt nə “Eyüpspor” Ardanı buraxmaq istəmişdi, nə də gənc məşqçi özü Donetsk klubunda çalışmağa maraq göstərmişdi. Ona görə də tərəflər arasındakı danışıqlar demək olar, başlamadan yekunlaşmışdı.
Bu arada “Eyüpspor”un ukraynalı futbolçusu Taras Stepanenko bu mövzuda açıqlamalar verib. Məlum olduğu kimi, 2010-cu ildən “Şaxtyor”un şərəfini qoruyan 35 yaşlı Stepanenko bu qış məhz “Eyüpspor”a transfer olundu. Təcrübəli dayaq yarımmüdafiəçisi bugünlərdə Ukraynaın “Burbuzz” adlı “yutub” səhifəsinə geniş müsahibə verib. Təbii ki, ondan “Şaxtyor”un həqiqətən də Ardaya təklif göndərib-göndərməməsi də soruşulub. Ukrayna yığmasının üzvü bunları deyib:

“Bəli, bu şayiələrdən xəbərim var. Açığı, Ardanın özündən bu mövzunu soruşmamışam. Amma məndən “Şaxtyor”la bağlı məlumat istəsə, böyük məmnuniyyətlə klub haqda ona hər şeyi danışaram. Onun “Şaxtyor”un başına keçməsinə yalnız sevinərəm. Çünki həm yaxşı məşqçi, həm də yaxşı insandı. Futbolçu kimi də mükəmməl idi. Avropanın ən güclü klublarında oynayıb. Niyə də olmasın?! “Şaxtyor”un gənc məşqçiləri dəvət etmək təcrübəsi var. Fonseka ilə De Zerbini xatırlamaq kifayətdi. Onlar da ilk addımlarını böyük klublarda atmamışdılar. Arda Türkiyədə debütant olan və büdcəsi o qədər də yüksək olmayan bir klubla avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Belə məşqçiyə marağın olması normaldı. Hər halda od olmayan yerdən tüstü çıxmaz. Mətbuatda bununla bağlı xəbər gedibsə, deməli, Arda ən azı “Şaxtyor”da namizədlər sırasında yer alıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri