Sayman Aruz AYB nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri vəzifəsindən çıxarılıb, Sabir Rüstəmxanlı sədr seçilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
İclasda bir neçə qərar qəbul edilib.
Katibliyin qərarı ilə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı sözügedən komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.
Qeyd edək ki, bu qərara qədər Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri şair Sayman Aruz idi. Sayman Aruz AYB-nin sədri, Xalq yazıçısı Anarın müşaviri vəzifəsində qalıb.
Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və Xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı.
Baxış sayı:46
Bu xəbər 23 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















