Icma.az
close
up
RU
Saymon Stil: Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik Xəbər saytı Son xəbərlər və Hadisələr

Saymon Stil: Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransı geniş yayılmış iqlim böhranını həll etmək və buna qarşı birgə hərəkət etmək üçün bir-birimizə çağırış edə biləcəyimiz yeganə məkandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil noyabrın 11-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində deyib.

O bildirib ki, iqlim böhranı dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir edir. "Bakıda biz yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmalıyıq. Bir COP bütün dünyanın ehtiyac duyduğu transformasiyanı edə bilməz. Əgər dünya dövlətlərinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman bu, hər bir dövlətə baha başa gələcək. Əgər dövlətlər təchizat zəncirlərində möhkəmlik qura bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək. Beləliklə, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik olduğuna dair hər hansı bir fikirdən daşınmalıyıq",- deyə İcraçı katib bildirib.

Yeni iqlim maliyyəsinin hər bir ölkənin, o cümlədən ən böyüklərin və ən varlıların da şəxsi maraqlarına uyğun olduğunu söyləyən S.Stil deyib ki, biz qlobal maliyyə sistemində islahatların aparılması üçün daha çox çalışmalıyıq. Biz Dubaydan gələn hədəfləri reallaşdırmaq üçün yumşaldılma üzərində irəliləməli, 1,5 hədəfinin əlimizdən çıxmasına imkan verməməliyik.

Saymon Stil əlavə edib ki, təmiz enerji və infrastruktur sərmayəsi 2024-cü ildə iki trilyon dollara çatacaq və bu, qalıq yanacaqlardan demək olar iki dəfə çoxdur. "Təmiz enerjiyə və dayanıqlı iqlimə keçid dayandırılmayacaq. Bizim işimiz bunu sürətləndirmək və onun böyük faydalarından bütün ölkələr və xalqların yararlana biləcəyinə əmin olmaqdır . Biz uyğunlaşma göstəricilərini razılaşdırmalıyıq. Ölçmədiyiniz bir şeyi idarə edə bilməzsiniz. Biz itki və ziyana görə maliyyə və texniki dəstək üçün yeni mexanizmləri təkmilləşdirməyə davam etməliyik. Bu il təqdim olunacaq İkiillik Şəffaflıq Hesabatları bizə əldə etdiyimiz irəliləyişlər və doldurulmalı olan boşluqlar haqqında daha aydın təsəvvür yaradacaq. Gələn il bütün ölkələr müəyyənləşdirilmiş milli töhfələrini (NDC) təqdim edəcəklər. Ölkələrə onları yaratmaq və çatdırmaqda dəstək olmaq üçün İqlim Planı Kampaniyasına başlayacaq. O, bütün maraqlı tərəflərin fəaliyyətlərini səfərbər edəcək və BMT Baş katibinin və Braziliyanın COP gələnilki sədrliyinin səyləri ilə uyğunlaşacaq. Paralel olaraq, 2025-ci ildən etibarən İqlim Həftələrinə yenidən başlayacağıq. Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik. Bu anın əhəmiyyətini qiymətləndirən Tərəflər buna uyğun hərəkət etməlidirlər. Burada - COP29-da qətiyyət nümayiş etdirilməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see143

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see129

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see129

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see129

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see128

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see122

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see121

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see121

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see120

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see120

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see118

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri