Icma.az
close
up
RU
Sazın və sözün yaşadığı “Dədə Ələsgər Ocağı”

Sazın və sözün yaşadığı “Dədə Ələsgər Ocağı”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aşıq Ələsgər irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu gün “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı ilə yanaşı, böyük söz ustadının yubileyi də qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində ucaldılan Aşıq Ələsgər abidəsini ziyarət edərək önünə əklil qoyub, daha sonra yubileylə bağlı tədbiri yeni ofisdə davam etdiriblər.

Tədbirdə çıxış edənlər – “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, birliyin İdarə Heyətinin üzvü, “Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği” Mərkəzinin sədri Abbas Bağırov, Azərbaycan alimi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Respublikasının əməkdar müəllimi və əməkdar elm xadimi İbadulla Ağayev Aşıq Ələsgər irsinin qorunub saxlanılmasının, tədqiqinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğuladılar.

Xətai Ələsgərli,

“Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri:

Bu gün biz “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı münasibətilə bir araya gəlmişik. Eyni zamanda, 30 sentyabr – Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı əlamətdar günü də qeyd edirik.

Abidənin ilkin açılışı 2024-cü ildə cənab Prezidentin iştirakı ilə baş tutub. İctimai təşkilat olaraq biz hər il bu əlamətdar günü qeyd edir, Aşıq Ələsgər irsinə ehtiramımızı bildiririk. Bu il isə həmin tarix “Dədə Ələsgər Ocağı”nın yeni ofisinin açılışı ilə üst-üstə düşdü. Bu münasibətlə, ilk növbədə, ölkə başçısına təşəkkürümü bildirmək istəyirəm. Mən abidənin açılışı zamanı cənab Prezidentdən təşkilatımız üçün məkan ayrılması ilə bağlı xahiş etmişdim. 

Mən hesab edirəm ki, Dədə Ələsgər irsinin, xüsusilə gənc nəslin tərbiyəsində, onların dünyagörüşünün və şəxsiyyət kimi formalaşmasında çox böyük əhəmiyyəti var. Aşıq Ələsgər Dədə Qorquddan üzü bəri gələn “dədəlik” missiyasının daşıyıcısı olub. O, bu missiyanı sazı və sözü ilə həyata keçirib.

O dövrdə müxtəlif ideoloji və ictimai çətinliklərə baxmayaraq, haqq aşıqları öz sözünü deyirdilər. Aşıq Ələsgər də məhz haqqın, ədalətin, mənəviyyatın carçısı kimi çıxış edib. O, saz vasitəsilə el məclislərində insanlara doğru yolu, haqqı və ədaləti çatdırıb.

Bu gün Ələsgər irsi bütövlükdə Türk dünyası üçün böyük mənəvi və mədəni dəyər daşıyır.  Artıq bunun real nümunələrini də görürük. Türk dövlətlərindən bizə dəvətlər gəlir. Məsələn, təxminən üç ay əvvəl Özbəkistanda keçirilən tədbirdə iştirak etdik. Hazırda isə bu il üçün Özbəkistandan daha iki yeni dəvət almışıq. Düşünürəm ki, bu marağın əsas səbəblərindən biri Dədə Ələsgər irsinə və onun poeziyasına olan sevgidir.

Qeyd edək ki, Aşıq Ələsgərin Bakıdakı abidəsinin ilkin açılışı 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin nümayəndələri hər il bu tarixi qeyd edərək böyük sənətkarın zəngin irsinin təbliği istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Ləman TƏHMƏZ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri