Icma.az
close
up
RU
Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimatı keçirilib FOTOLAR

Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimatı keçirilib FOTOLAR

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimatı keçirilib. Tədbirdə AYB-nin rəhbərliyi, millət vəkilləri, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin məsul şəxsləri, elm və mədəniyyət nümayəndələri, media mənsubları və başqaları iştirak ediblər.

Akademik Nizami Cəfərovun moderatorluğu ilə baş tutan tədbirdə müəllifi ilk təbrik edən AYB-nin sədri, Xalq yazıçısı Anar olub. Sonra çıxış edən tənqidçi Əsəd Cahangir Aşıq Ələsgəri aşıq poeziyasının “üzüyünün qaşı” adlandırıb. Belə bir sənətkardan poema yazmağın çətin və məsuliyyətli olmağına baxmayaraq Yusif Nəğməkarın bu işin öhtəsindən ustalıqla gəldiyini söyləyib. Neçə min illik “Dədə” sözünün bu əsərdə də yer alması, məqamında profesionalca işlədilməsi də tənqidçinin çıxışında qeyd olunub.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müəllifin saza bağlılığını xatırladaraq belə bir poemanın yaranmasının əsaslı zəmini olduğunu, poemanı yüksək ilhamla Yusif Nəğməkara xas olan üslubda yazdığını vurğulayıb.

AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru Misir Mərdanov poemanı qırx illik böyük zəhmətin nəticəsi kimi səciyyələndirib. “Dədə” sözünün həm Dədə Qorqudla, həm də Aşıq ələsgərlə bağlı işlənməsinin məziyyətlərindən bəhs edib. Cənab Prezidentin Qarabağ problemi həll olunduqdan sonra yürütdüyü siyasətdən birinin də Qərbi Azərbaycana qayıdış siyasəti olduğunu diqqətə çatdırıb. Dövlət başçısının Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamasını, heykəlinin açılışında şəxsən iştirak etməsini mədəniyyətimizə verilən ali dəyər kimi qiymətləndirən alim, təqdimatı keçirilən əsərin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Təqdimatda çıxış edən millət vəkilləri Fazil Mustafa, Səyyad Aran və Aydın Hüseynov hələ 1972-ci ildə ulu öndər Heydər Əliyevin Basarkeçərdə aşığa heykəl qoydurmasını yada salaraq müstəqillik illərində həm dövlət başçımız, həm də Mehriban xanım Əliyevanın bu sahədə xidmətlərini də xatırladıblar.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətayi Ələsgərli müəllifin “Dədə Ələsgər” Yubiley medalı ilə təltif olunduğunu xatırladaraq, ona Aşıq Ələsgərin portreti olan xalça hədiyyə edib.

Tədbirdə tədqiqatçılardan AR Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Keştəkli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal şairin poemalarının özəlliyindən və bu əsərin orijinallıqlarından söz açıblar.

Moskvada yaşaya həmyerlimiz professor Ələddin Allahverdiyevin təbrik məktubunu İlqar İsmayıl iştirakçıların nəzərinə çatdırıb. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor, Aşıq Ələsgərin Bakıda qoyulan heykəlinin müəllifi Natiq Əliyev, Qazax Xeyriyyə İctimai Birliyinin idarə heyənin sədri, professor İlham Pirməmmədov bu cür möhtəşəm əsərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

Müəllifin şeirlərinin və şeirlərinə bəstələnmiş mahnıların məşhur ifaçıları, Xalq artistləri Niyaməddin Musayev və Məleykə Əsədova da müəllifi təbrik edərək, onun şeirlərini dinləyicilərə ərməğan ediblər. Həmçinin bədii qiraətçi Ayna Səs şairin “Ələsgərdi” rədifli şeirini, Lilpar Cəmşidqızı isə müəllifə ithaf etdiyi “Nəğməkarın” rədifli qəzəlini səsləndirib. Müəllifin qələm dostlarından Xeyrəddin Qoca, Əlirza Xələfli, Rəfail İncəyurd, digər ziyalılardan tariçi alim Atamoğlan Məmmədli, Tamella Osmanlı, İmran Güllübulaqlı və başqaları “Ələsgər zirvəsi” poemasının özəlliklərindən və aşığın yaradıcılığının spesifikliyindən danışıblar.

Sonda çıxış edən Yusif Nəğməkar həm tədbirin təşkilatçılarına, həm də iştirakçılarına təşəkkür edərək, poemasına verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.

Gülnar Səma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri