Icma.az
close
up
RU
Sazişin mətninə möhür vuran iki razılaşdırılmamış maddə... ANALİTİK

Sazişin mətninə möhür vuran iki razılaşdırılmamış maddə... ANALİTİK

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qərbi azərbaycanlıların qayıdışı daha çox Zəngəzur dəhlizinin açılması ilə düz mütənasiblik təşkil edir


"Razılaşdırılmış sülh müqaviləsi layihəsinin mətnindən ayrı tutulan, lakin sülh üçün vacib olan iki mühüm komponent proseslərə təsir dinamikasını qoruyub saxlayır. Bu, Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların geri qayıdışı ilə əlaqədar çoxbəndli təfərrüatlarla əlaqəlidir". 


Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Azərbaycan üçün iki variant var. Ya Ermənistan dövləti Qərbi azərbaycanlıların geri dönüşündən sonra onların təhlükəsizliyinə zəmanət verir, ya da həmin qarantiyanı Bakı ilə Ankaranın strateji müttəfiqliyi təmin edir: 

"İkinci variant Bakı üçün daha məqbul ssenari kimi səslənə bilər. Çünki İrəvanın Azərbaycanlı icması üçün zəmanətinin etibarlılığı yoxdur. İcma və onun üzərindən qurulan dövlət siyasəti təkcə regionun demoqrafiyasını dəyişdirmir. Həm də bölgədə geosiyasi tendensiyalara təsir edir. Bu cəhətdən Azərbaycanın Qərbi Azərbaycan icması çox böyük əhəmiyyətə malikdir və rəsmi Bakının regional siyasətində fərqli dönüş nöqtəsi təqdim edir. Digər tərəfdən, Qərbi azərbaycanlıların qayıdışı daha çox Zəngəzur dəhlizinin açılması ilə düz mütənasiblik təşkil edir. Yəni Zəngəzur dəhlizinin açılması Qərbi azərbaycanlıların geri dönüşünə maneə yaradan qapını aralayır. Son günlər sərhəddəki silahlı təxribatlar daha çox Azərbaycanın böyüyən planına qarşı qurulmuş tələdir və həmin provakasiyaların müəlliflərinin kimliyinə baxmaq da lazımdır".


A.Kərimova görə, saziş layihəsinin mətninə möhür vuran iki razılaşdırılmamış maddənin razılaşdırılması idi: 

"Həmin iki maddə sərhəddə hər hansı üçüncü tərəfin iştirakının olmaması və beynəlxalq məhkəmələrdən qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlıdır. Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələrdən sonra “hazırkı məzmun Ermənistan üçün məqbul olan kompromis variantı sayıla bilər” deyib. Ancaq bundan sonra sərhəddə Ermənistanın təxribatlarının intensivləşməsi üç məsələni aktullaşdırır. Ya Paşinyan ordunun Azərbaycan mövqelərinə qarşı resurslarını və döyüş potensialını test edir , ya da ordu daxilində Paşinyanın əmr və təlimatlarına məhəl qoymayan qüvvələr qalmaqdadır. Mümkündür ki, Avropa İttifaqının missiyası sərhəddə qalıcılığını təmin etmək üçün müxtəlif cür təxribat üsulları hazırlayıb erməniləri silahlı insidentlərə şirnikləndirir".


Analitik hesab edir ki, Aİ missiyasının qorxduğu ABŞ Prezidenti Donald Trampın avroatlantik məkanla bağlı izlədiyi fərqli kursdur:

"Ehtimal ki, D.Tramp Aİ missiyasının Cənubi Qafqazdakı iştirakına laqeyd yanaşır və bu, Fransanın bölgə siyasətinə mənfi təsirlər göstərir. Paris isə regionda hərbi eskalasiyaya ehtiyac duymaqla Avropa İttifaqı missiyasını təlimatlandırır. Başqa yandan, hadisələr ABŞ-nin İrana təzyiqlərinin artması, ABŞ ilə Rusiya arasında müzakirələrin irəliləməsi fonunda baş verir. Paşinyanın sülh mətninin razılaşdırılmasından dərhal sonra Rusiya, Fransa və İran prezidentləri ilə telefon danışığı Ermənistanın ABŞ tərəfindən irəliyə sürülən yeni siyasətə verdiyi reaksiya idi. Buna görə də, sərhəddə toqquşmalar kənar oyunçuların hər birinin marağında ola bilər, lakin İrəvanın manevr etmək üçün sahəsi yoxdur". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri