“Səbail”in futbolçusuna 4, “Turan Tovuz”un müdafiəçisinə 1 oyun cəza verildi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Suleyman Alluşu 4 oyun cəzalandırıb.
"Unikal" xəbər verir ki, buna niderlandlı yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə oyununda təcavüzkar davranışa yol verməsi səbəb olub. 23 yaşlı oyunçu birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə diskvalifikasiya olunub. Bakı klubu isə 3000 manat cərimələnib.
“Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək.
“Neftçi” ilə görüşdə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman isə 1 oyun cəzalanıb, klubunu isə 1000 manat ziyana salıb.
Bu mövzuda digər xəbərlər:Premyer Liqa: Neftçi Turan Tovuz un, Zirə Səbail in qonağı olacaq
10 May 2025 11:13
Səbail Turan Tovuz
09 Noyabr 2024 16:06
Turan Tovuz Səbail in legionerinə elçi düşdü
30 May 2025 11:10
“Turan Tovuz” “Səbail” səfərində
05 Aprel 2025 08:00
“Səbail” “Turan Tovuz” : FOTOREPORTAJ
09 Noyabr 2024 23:43
Baxış sayı:88
Bu xəbər 13 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















