Sebastyan İoan Burduja: Yaşıl enerji dəhlizi nin dəyəri 10 milyard avrodan çox ola bilər
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniya ümid edir ki, Avropa İttifaqının (Aİ) qrantları hesabına Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi ödəniləcək.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Yaşıl dəhliz" layihəsi son dərəcə iddialıdır və dünyanın ən uzun sualtı kabel xəttinin (təxminən 1 100 kilometr) tikilməsini nəzərdə tutur. İlkin qiymətləndirmələrə görə, onun dəyəri 10 milyard avrodan çox ola bilər. Biz artıq texniki-iqtisadi əsaslandırmanı başa çatdırmaq üzrəyik. Növbəti mərhələ maliyyələşməni təmin etməkdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, Rumıniya xərclərin əhəmiyyətli hissəsinin Aİ qrantları hesabına ödəniləcəyinə ümid edir ki, bu da layihəni ağlabatan müddətdə həyata keçirməyə imkan verəcək.
"Bu, enerji təhlükəsizliyini gücləndirəcək, daha ucuz və ekoloji cəhətdən təmiz enerjiyə çıxışı təmin edəcək – bu, əsl "win-win" modelidir. Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya bazarındakı fəallığını qeyd etmək istərdim - biz onun töhfəsini yüksək qiymətləndiririk", - S.Burduja əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















