Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Səbinə İlyasova: Hazırda yavaş yavaş qayıdıram

Səbinə İlyasova: Hazırda yavaş yavaş qayıdıram

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onun səsi milyonları heyran etmişdi, mahnıları isə sadəcə melodiyalar yox, həqiqi hekayələr idi. Səbinə İlyasova – adını sevənlərin dilindən düşməyən sənətkar.

Ancaq qəflətən o, göz önündən yoxa çıxdı və dinləyicilər onu itirdiklərini düşündülər. Bir tədbirdə Səbinə xanımı təsadüfən görmək bizə nəsib oldu. Səsi hələ də eyni idi – dərin, səmimi, elə bil ürəyin ən gizli yerlərinə pıçıldayırdı. Biz onunla həyatı, sənəti və gələcək planları haqqında danışdıq.

– Səbinə xanım, siz hər zaman səmimiyyətinizlə seçilmisiniz. Bugünkü gündə musiqi sizin üçün nə ifadə edir?

– Musiqi mənim həyatımın ayrılmaz hissəsidir, ruhumun dilidir. İllər ərzində başa düşdüm ki, sənət səhnədən və alqışlardan çox-çox böyükdür. Bu, insanlarla ürəyə toxunan dildə danışmaq fürsətidir. Bu gün də musiqi mənim həyatımın sevgisidir. Lakin indi diqqətimi onun keyfiyyətinə yönəltmişəm, onun insanlara nə ötürə biləcəyini düşünürəm.

– Siz keyfiyyətdən danışırsınız, amma sevənləriniz sual edir: nə üçün siz bir müddət səhnədən uzaqlaşdınız?

– "Uzaqlaşmaq” demək doğru olmazdı. Deyərdim ki, bu, ailəm üçün götürdüyüm bir fasilə idi. Oğlum Türkiyədə universitetə daxil olanda həyatım Baki ilə Ankara arasında bir körpüyə çevrildi. Daha sonra o, ABŞ-a köçdü və yenə seçim qarşısında qaldım. Ailə mənim üçün həmişə ilk yerdədir. Lakin bu, musiqini tərk etdiyim demək deyil. Bu, sadəcə, "hələlik” idi, "əlvida” yox.

– Bəs niyə məhz indi geri dönməyi qərara aldınız?

– Çünki artıq hazıram. Yenidən sənətimlə insanlarla bölüşməyə hazıram. Uzaq olduğum müddətdə çox düşündüm, yazdım, özümü ifadə etməyin yeni yollarını axtardım. Hazırda mənim üçün çox dəyərli olan bir mahnıya klip hazırlayıram. Bu mahnı ana haqqındadır. Hər sözü ruhumdan gəlir. İstəyirəm ki, tamaşaçılar bu mahnıda hiss etdiyim səmimiyyəti hiss etsinlər.

– Sizi sevənlər hər zaman səhnədə görməyə öyrəşiblər. Solo konsert gözlənilirmi?

– Əlbəttə, amma hər şeyin vaxtı var. Sənət tələsməyi sevmir. Böyük işlər görmək üçün səbr və ilham lazımdır. Hazırda yavaş-yavaş qayıdıram. Konsert olacaq, lakin istəyirəm ki, bu, unudulmayacaq bir hadisə olsun.

– İlhamınızı haradan alırsınız?

– Həyatdan, insanlardan, sadə, lakin dərin anlardan. Mənim böyük şansım olub ki, Rəşid Behbudov kimi sənətkarların məktəbindən keçmişəm. Bu məktəb səmimiyyət və dinləyiciyə hörmət üzərində qurulub. Mən həmişə bu prinsiplərə əməl etməyə çalışmışam. Bu gün dünya gurultu ilə doludur və mən istəyirəm ki, musiqim o səs-küyü üstələyib insanların ürəyinə yol tapsın.

– Müasir musiqi sənayesi dəyişib. Bunu necə qiymətləndirirsiniz?

– Mən baxışlar və bəyənmələr uğrunda yarışın bir parçası olmaq istəmirəm. Mənim adım mənim nüfuzumdur və onu qorumağa çalışıram. Bu gün bir çox sənətkar təəssüf ki, yalnız görüntüyə üstünlük verir, lakin o parlaq fasadın arxasında çox vaxt boşluq dayanır. Mən yaddaşlarda qalacaq musiqi yaratmağı üstün tuturam, bir həftəyə unudulacaq olanı yox.

– Bəs unudulmaqdan qorxursunuzmu?

– Düzünü desəm, bəzən qorxu olur. Amma inanıram ki, həqiqi sənət həmişə öz dinləyicisini tapacaq. Mənim geri dönüşüm sadəcə bir addım deyil, bu, səmimiyyətin və ruhun sənətdə əbədi olduğunu xatırlatmaqdır.

Səbinə xanım danışarkən onun sözləri musiqi kimi qəlbinizə axır, sanki bir mahnının içindəsiniz. O, sənəti ilə yenidən qəlblərə yol tapmağa hazırdır və bir daha sübut edir ki, əsl musiqi – həmişə həqiqət və səmimiyyət haqqındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Yanvar 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri