Icma.az
close
up
RU
Səbinə Salmanova: Heydər Əliyev həyatını Azərbaycan dilinin qorunmasına həsr edib

Səbinə Salmanova: Heydər Əliyev həyatını Azərbaycan dilinin qorunmasına həsr edib

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Ana dili hər bir xalqın öz kimliyini qoruyub saxlamasında, mədəniyyətini yaşatmasında və gələcək nəsillərə ötürməsində ən vacib amillərdən biridir. 

21 Fevral - Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabrın 17-də keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. 2000-ci il fevralın 21-dən etibarən həmin gün dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədi ilə qlobal miqyasda qeyd olunur".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: 

“Ulu Öndər milli kimliyin və mədəniyyətin əsas amillərindən birinin dil olduğunu həmişə vurğulayırdı və ana dilinin qorunmasının xalqın müstəqilliyini və mənəvi zənginliyini təmin etdiyini bildirirdi. 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlər öz nəticəsini verməyə başladı. 

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, - deyən Ulu Öndərin qətiyyəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.  Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir”.

Deputat 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdığını xatırladıb: 

“Daha sonra Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Bu, Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yeni imkanlar açdı. Daha sonra imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncam da milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdən biri oldu.

2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunu qüvvəyə mindi. Bu qanunda göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bütün bunlar sübut edir ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan dilinin qorunmasına, bu dilin təmiz şəkildə nəsillərə ötürülməsinə həsr edib”.

S.Salmanova əlavə edib ki, Ulu Öndərin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev tərəfindən də bu istiqamətdə bir sıra fərman və sərəncamlar imzalanıb: 

“Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan liderinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. 

Dövlət başçımızın 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”. 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see338

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see215

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see189

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see176

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri