Şəbnəm Tovuzlunun qanuna əməl etmək fikri yoxdur: Yeni görüntüsü yayıldı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Müğənni Şəbnəm Tovuzlu dəfələrlə sükan arxasında qaydaları pozaraq sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Avtosfer.az xəbər verir ki, etdiyi səhv addımlara görə, müğənnini dəfələrlə tənqid etmişik. Lakin o, bütün bunlardan heç bir nəticə çıxarmayaraq etdiyi hərəkətlərə davam edir. Avtomobili idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməməsinə dair qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Sanki təhlükəsizlik kəmərini bağlamaq ayıb bir işdir. Bəzi məşhurlar hələ də kəmərdən istifadəni özünə sığışdırmır.
Dəfələrlə qeyd etmişik ki, tanınmış simalar öz hərəkətləri, davranışları, atdıqları addımları ilə cəmiyyətə nümunə olmalıdır. Çox təəssüf ki, edilən tənqidləri nəzərə almayan müğənni cəmiyyətə hələ də pis nümunə olur.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















