Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Seçki bitdi, Bakı gözləyir, dünya izləyir: Tarixi qərar zamanıdır

Seçki bitdi, Bakı gözləyir, dünya izləyir: Tarixi qərar zamanıdır

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatdı və nəticələr bir daha göstərdi ki, ölkənin gələcəyi ətrafında mübarizə hələ bitməyib. Seçkilərin rəsmi nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin təxminən 50 faizini qazanaraq parlamentdə 64 mandat əldə edib. Müxalif "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandatla qanunverici orqanda təmsil olunacaq.

Bu nəticələr ilk baxışdan Paşinyanın növbəti siyasi qələbəsi kimi görünür. Doğrudan da, o, hökuməti təkbaşına formalaşdırmaq, dövlət idarəçiliyini davam etdirmək və parlamentdə əsas qərarların qəbulunu təmin etmək imkanını qoruyub saxlayıb. Lakin seçkilərin ortaya qoyduğu mənzərə daha dərindən təhlil edildikdə görünür ki, Paşinyan hakimiyyəti qorusa da, Ermənistan cəmiyyətində kök salmış revanşizmə qalib gələ bilməyib. Əslində seçkilərin əsas mesajı da məhz budur.

Paşinyan qalib gəldi, amma revanşizm də tam  məğlub olmadı
Seçkilərin nəticələri göstərir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də keçmişin mifləri ilə yaşayır. On minlərlə seçici ölkəni illərlə uçuruma aparan, Azərbaycan torpaqlarının işğalı üzərində siyasi karyera quran qüvvələrə səs verib. Bu, təsadüfi deyil. Çünki son illər Ermənistan daxilində və xaricində müəyyən dairələr məqsədli şəkildə revanşizm ideologiyasını diri saxlamağa çalışırlar. Onlar yaxşı anlayırlar ki, Bakı ilə İrəvan arasında yekun sülhün imzalanması təkcə münaqişənin başa çatması deyil, həm də uzun illər formalaşdırdıqları siyasi sistemin iflası demək olacaq. Məhz buna görə seçkilərdən sonra da Paşinyan hökumətinə qarşı təzyiqlər davam edəcək.
Parlamentdə təmsil olunan müxalifət qüvvələri hər fürsətdə sülh prosesini sabotaj etməyə çalışacaq, hökuməti "təslimçilikdə" ittiham edəcək, cəmiyyətdə qorxu və qeyri-müəyyənlik yaratmağa çalışacaqlar. Bu proses artıq başlayıb və qarşıdakı dövrdə daha da sərtləşəcəyi gözlənilir.

Seçki yox, əslində sülh referendumu başlayır
Əgər seçkilər Paşinyanın hakimiyyətdə qalması ilə nəticələndisə, bundan sonrakı mərhələ Ermənistanın gələcək taleyinin müəyyənləşəcəyi siyasi referendum dövrü olacaq. Çünki Bakı ilə yekun sülh sazişinin imzalanması üçün Ermənistanın üzərinə götürdüyü ciddi öhdəliklər mövcuddur.
Bu öhdəliklərin ən vacibi Ermənistan konstitusiyası ilə bağlı referendumun keçirilməsidir.  Bu gün Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar qalmaqdadır. Azərbaycan haqlı olaraq hesab edir ki, belə bir konstitusiya qüvvədə qaldığı müddətdə  dayanıqlı sülh sazişinin hüquqi təminatı mümkün deyil. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh yalnız Paşinyan hakimiyyəti ilə deyil, Ermənistan dövləti ilə imzalanmalıdır.
Başqa sözlə, bu gün hakimiyyətdə Paşinyan ola bilər, sabah isə başqa bir siyasi qüvvə gələ bilər. Əgər konstitusiyada ərazi iddiaları qalırsa, gələcəkdə yeni münaqişə riski də qalacaq. Məhz buna görə Bakı konstitusiya islahatlarını və referendumun keçirilməsini fundamental şərt hesab edir. Bu isə Paşinyanın qarşısında son dərəcə mürəkkəb və riskli siyasi vəzifə qoyur. Çünki o, təkcə müxalifətlə deyil, illərlə formalaşdırılmış ideoloji sistemlə mübarizə aparmalı olacaq.

Moskva amili yenə oyundadır
Ermənistanda keçirilən seçkilər bir daha göstərdi ki, Moskvanın ölkədəki təsir imkanları tamamilə aradan qalxmayıb. Əksinə, seçkilərdə yüksək nəticə göstərən müxalif qüvvələrin əhəmiyyətli hissəsi müxtəlif formalarda Rusiyaya yaxın siyasi dairələrlə əlaqələndirilir.
Kreml yaxşı anlayır ki, Bakı ilə İrəvan arasında yekun sülhün əldə olunması regionda yeni geosiyasi vəziyyət yaradacaq. Bu isə Rusiyanın uzun illər Cənubi Qafqazda istifadə etdiyi əsas təsir alətlərindən birinin zəifləməsi deməkdir. Buna görə Moskvanın Ermənistanda daxili siyasi proseslərə təsir göstərmək cəhdləri davam edəcək. Seçkilər başa çatsa da, əsl geosiyasi mübarizə indi başlayır.

Zəngəzur dəhlizi və kommunikasiyalar əsas sınaq olacaq
Paşinyanın qarşısında duran ikinci böyük məsələ kommunikasiyaların açılmasıdır. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması regionun gələcəyini müəyyən edən əsas layihələrdən biridir. Bu məsələ artıq sadəcə Azərbaycan-Ermənistan münasibətlərinin elementi deyil. Burada Türkiyə, Mərkəzi Asiya, Avropa, Çin və beynəlxalq logistika marşrutlarının gələcəyi müzakirə olunur. Əslində bu layihələr Ermənistan üçün də iqtisadi dirçəliş şansı yaradır. Lakin revanşist qüvvələr bunu geosiyasi imkan kimi deyil, siyasi təhlükə kimi təqdim etməyə çalışırlar. Bu isə ölkənin öz inkişaf perspektivlərinə qarşı çıxması deməkdir.

Hikmət Hacıyevin İrəvan səfərinin mesajı
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrəvana səfəri və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü təsadüfi hadisə deyil.
Bu görüş göstərir ki, Bakı sülh prosesini dayandırmaq niyyətində deyil. Əksinə, Azərbaycan yekun razılaşmanın əldə olunması üçün diplomatik kanalları açıq saxlayır. Ehtimal etmək olar ki, görüşlərdə yekun sülh sazişi, təhlükəsizlik mexanizmləri, sərhəd məsələləri, regional kommunikasiyalar və gələcək əməkdaşlıq formatları müzakirə olunub. Bu isə onu göstərir ki, Bakı öz gündəliyini ardıcıl şəkildə irəli aparır.

Top artıq İrəvanın meydançasındadır
Bu gün regionun siyasi gündəliyini müəyyən edən tərəf Azərbaycandır. 44 günlük Vətən müharibəsi və sonrakı proseslər bölgədə tamamilə yeni geosiyasi reallıq yaradıb. Bu reallığı dəyişmək mümkün deyil. Ermənistan nə qədər tez bunu qəbul etsə, bir o qədər tez inkişaf yoluna çıxa bilər. Əks halda revanşistlərin əsirinə çevrilərək növbəti dəfə tarixi fürsəti itirəcək. Azərbaycan isə öz mövqeyində qətidir.
Bakı sülh istəyir.
Amma bu sülh birtərəfli güzəştlər hesabına deyil, beynəlxalq hüquq, qarşılıqlı öhdəliklər və regional sabitlik prinsipləri əsasında qurulmalıdır. Əgər Ermənistan bu yolu seçərsə, Cənubi Qafqaz tarixində ilk dəfə olaraq uzunmüddətli sabitlik və əməkdaşlıq dövrü başlaya bilər.
Əgər seçməzsə, məsuliyyət də, nəticələr də İrəvanın üzərində olacaq. Çünki seçki artıq başa çatıb. İndi isə Ermənistanın qarşısında daha çətin bir seçim dayanır: Keçmişin revanşizmi, yoxsa gələcəyin sülhü?
 

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 İyun 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri