Icma.az
close
up
RU
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI

Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI

Icma.az, Modern.az saytına istinadən bildirir.

Astara rayon məhkəməsi ötən il baş verən bıçaqlanma hadisəsi ilə bağlı qərar çıxarıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il sentyabrın 1-də keçirilən parlament seçkiləri günü baş verib.

Məhkəmə sənədlərinə əsasən, 25 ildir həmin məktəbdə gözətçi işləyən təqsirləndirilən şəxs, məktəb direktoru ilə uzun müddətdir ki, münaqişə yaşayıb. O, direktorun həyat yoldaşı Validəyə (ad şərtidir - red.) aid çılpaq görüntüləri əldə edib yaydığını iddia edib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, direktor bu videoları məktəb kollektivinə və təhsil sahəsindəki digər şəxslərə göstərməklə Validənin şərəf və ləyaqətini alçaltmağa çalışıb.

Bu hadisədən sonra Validə işdən çıxıb və təqsirləndirilən şəxs məsələni həll etmək üçün bir neçə dəfə direktorla mübahisə edib. Nəhayət 1 sentyabr 2024-cü il tarixində, səhər saat 09:00 radələrində məktəbin həyətində direktorla qarşılaşıb və ondan video görüntüləri tələb edib. Direktorun görüntülərin onda olmadığını bildirməsi mübahisəni daha da alovlandırıb.

Bundan sonra, gözətçi cibindən çıxardığı bıçaqla direktora bir neçə zərbə endirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, direktorun döş qəfəsi nahiyəsində iki kəsilmiş yara və sağ said nahiyəsində sıyrıq aşkar edilib. Yaralar yüngül xəsarət kimi qiymətləndirilib. Hadisə zamanı məktəbin həyətində seçki prosesi getdiyindən, bir çox şahid olaya şahidlik edib və hadisəni dərhal hüquq-mühafizə orqanlarına xəbər verib.

Hadisəni törədən şəxs günahını qəbul edib və məqsədinin öldürmək yox, qorxutmaq olduğunu bildirib. Məhkəmə onu xuliqanlıq maddəsi ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri