Seçkilərdən əvvəl Ermənistan müxalifətinə xəbərdarlıq etdi
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ermənistan parlamentinin sədri Alen Simonyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bir qrup deputatı seçki rüşvətinin verilməsi və alınmasına görə əvvəllər müəyyən edilmiş cəzanı dəyişdirəcək yeni qanunvericilik təşəbbüsü irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə parlament sədri sosial mediada məlumat verib.
“Seçki rüşvətinə görə 8 ilə qədər həbs cəzası 10 ilə qədər həbs cəzası ilə əvəz olunacaq. Rüşvət almağa görə isə 7 ilə qədər deyil, 9 ilə qədər cəza tətbiq olunacaq. İndi gedin düşünün: 100-200 min dramlıq televizor, şalvar, kababa görə bu işlərə girməyə və həyatınızın böyük hissəsini həbsxanada keçirməyə və dövlətçiliyimizi təhlükə altına qoymağa dəyərmi?”, - Simonyan qeyd edib.
Xatırladaq ki, rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyası və digər bəzi müxalif partiyaların xeyli sayda nümayəndəsi barəsində seçki rüşvəti ittihamı ilə cinayət işi açılaraq saxlanılıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 14 May 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















