Icma.az
close
up
RU
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır”

“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrəvandakı Respublika meydanında Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı kampaniyasının yekunlarına həsr olunmuş böyük mitinq keçirilib. 

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, mitinqdə hökumətin digər nümayəndələri ilə yanaşı, həm də Ermənistanın Baş naziri, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan çıxış edib. 

“Dövlətin sahibi xalqdır, dövləti də xalq istiqamətləndirməlidir. Bu istiqamətlərdən birincisi ondan ibarətdir ki, üçbaşlı müharibə partiyası 7 iyun 2026-cı il seçkilərinin nəticələrinə görə parlamentdə yer almamalıdır. Ermənistan xalqını satın ala biləcəklərini, xalqı ləkələyə biləcəklərini düşünən o casus şəbəkələri səsvermənin nəticələri ilə diz çökdürülməlidir. Xalq öz mesajını aydın şəkildə formalaşdırıb: seçkilərdən dərhal sonra, qısa müddət ərzində Robert Koçaryan həbs olunmalı və 1 mart cinayətinə görə məhkəmə qarşısına çıxmalıdır”, - o deyib. 

Paşinyan ölkədə müstəqil məhkəmə sisteminin qurulmalı olduğunu vurğulayıb: “Niyə bu problem indiyədək həll olunmayıb? Aydın deyirəm: bunun əsas səbəblərindən biri xalq tərəfindən qəbul edilməmiş Konstitusiyadır. Bu Konstitusiya bütün mümkün yollarla mülki və məhkəmə mafiyalarını müdafiə edir”. 

Baş nazirin sözlərinə görə, bütün bu problemləri həll etmək üçün seçkilərdən sonra yeni Konstitusiya qəbul edilməlidir. 

Paşinyan həmçinin 7 iyun seçkilərindən sonra Ermənistanın keçmiş rəhbərlərinin öz cəzalarını alacaqlarını vəd edib. “Hüquq-mühafizə sistemindən tələb edirəm, bütün seçki saxtakarları, seçkiqabağı rüşvət verən hər kəs, çox tez - bir neçə saat ərzində istisnasız həbsxanalarda olmalıdır”. 

Hazırkı hökumət başçısı vətəndaşları Ermənistan Respublikasını, onun müstəqilliyini və azadlığını müdafiə etməyə çağırıb. 

“Vətəndaş müqaviləsi” partiyasının məlumatın görə, mitinqdə azı 32 min nəfər iştirak edib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri