Icma.az
close
up
RU
Sədərək Yusif evindən oğurluq edən qulluqçuya 10 il iş verdirib ÜSTƏLİK, DƏYƏN ZƏRƏR ÖDƏNİLSƏ DƏ, MƏHKƏMƏ ONU 485 MİN BORCLU ÇIXARIB...

Sədərək Yusif evindən oğurluq edən qulluqçuya 10 il iş verdirib ÜSTƏLİK, DƏYƏN ZƏRƏR ÖDƏNİLSƏ DƏ, MƏHKƏMƏ ONU 485 MİN BORCLU ÇIXARIB...

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 23, mənzil 39 sakini Cabbarov Telman Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məhkəmə prosesində olan haqsızlıqlardan narazılığını bildirir:

“Mən, Cabbarov Telman Məhərrəm oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, həyat yoldaşım Cabbarova Ruzan Müseyib Qızı tanınmış iş adamı Yusif Qədimbəylinin evində (el arasında ona "Sədərək Yusif" də deyirlər) xadimə işləyirdi. Nəfsinə uyaraq, onun evindən qızıl-zinət əşyalarını oğurlamışdır. Nəticədə, polis tərəfindən tutularaq həbs olundu.

İş məhkəməyə verildi. İstintaq vaxtı əməlindən peşman olduğunu bildirmiş və götürdüyü bütün qızıl-zinət əşyalarını geri qaytarmışdır. Lakin qarşı tərəf öz gücündən, pulundan istifadə edərək, qisas almaq naminə hakimlə danışıb, yoldaşıma 10 il iş verdirdi. Sanki adam ödürüb. Bununla yetinməyib, 485 min 373 manat da borc yazdırdılar.

Rəsmi evli olduğumuz üçün, birgə nigah dövründə alınan maşın və mülkümə məhkəmə tərəfindən əl qoyuldu. Halbuki, o maşınları təkcə yoldaşım almamışdı, bir yerdə almışdıq. Bütün qanunları pozaraq əlimizdə olanları 100 faiz müsadirə etdilər. Hətta qeydiyyatda olduğum ata evindən mənə düşən 1/4 hissəsini də əlimdən almaq istəyirlər.

Məhkəmənin çıxartdığı bu qanunsuz qərara heç kəs baxmır.

Bildirim ki, özüm şəhid qardaşıyam. Məsələ ilə bağlı Prezident Aparatında da olmuşam. Əlimdən alınan ev şəhid atasının evidir.

Bir daha qeyd edim ki, Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadə yoldaşıma 10 il iş kəsdi, sanki adam öldürmüşdü. Ali Məhkəmənin hakimi Tahir Kərimov da həmin qərarı qüvvədə saxladı. Məhkəmə Hüquq Şurasına şikayətə getdim. Dedilər ki, biz hakimlərin işinə qarışa bilmərik.

Mən sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirəm. Şəhid evinin əlimizdən alınmağına imkan verməyin. Mənim yoldaşım səhv edib, razıyam, amma günahı nədir, onu da çəksin. Həm 10 il iş veriblər, həm də əlimizdə olub-qalanı alırlar. Bu qədər haqsızlıq olmaz axı!

Onu da qeyd edim ki, Ailə Məcəlləsində vərəsənin ərlə arvad arasında bölünə bilmədiyi qeyd olunur. Ata mülküm bizim nikahdadan qabaq alınıb, onun bu işə heç bir aidiyyəti yoxdur. Həm də şəhid atasının evidir.

Qanunları saxtalaşdıran hakimlər biz vətəndaşları çarəsiz vəziyyətdə qoyurlar. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri