Icma.az
close
up
RU
Sədr: İcbari tibbi sığortada gələcəkdə müxtəlif ödəniş mexanizmləri tətbiq edilə bilər

Sədr: İcbari tibbi sığortada gələcəkdə müxtəlif ödəniş mexanizmləri tətbiq edilə bilər

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumat verib.

"Report"un məlumatına görə sədr bildirib ki, 2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub.

O qeyd edib ki, sorğuda 25 087 nəfər iştirak edib:

"Nəticələrə əsasən, ölkə əhalisinin 100%-ə yaxını icbari tibbi sığorta haqqında, 47%-i isə Xidmətlər Zərfi barədə məlumata malikdir".

Məmnunluq səviyyəsinə toxunan Zaur Əliyev qeyd edib ki, ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb:

​"Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59%-dir. İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlı xərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25%, cüzi azalma bildirənlərin payı isə 40%-dir. Ümumilikdə respondentlərin 65%-i icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını qeyd ediblər.

​Respondentlərin 75%-i özəl tibb müəssisəsinə birbaşa müraciət edərkən ödənişin 20%-ə qədərini cibdən ödəməyə razı olduqlarını bildiriblər. Bu, əhalinin müəyyən bir hissəsinin belə bir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir. Hazırda hissəvi ödəniş sistemi mövcud olmasa da, gələcəkdə bu mövzu ilə bağlı müxtəlif mexanizmlərin tətbiqi və ya müzakirəsi mümkündür".

Sədr əlavə edib ki, sorğu nəticələri səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və əhalinin ehtiyaclarının daha dəqiq öyrənilməsi üçün mühüm göstəricidir. Bu çərçivədə atılacaq addımlar vətəndaş məmnuniyyətinin daha da artırılmasına xidmət edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri