Sədr müavini: Dövlət Sosial Müdafiə Fondunun 88 xidmətindən 85 i rəqəmsallaşdırılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 may, Göyçək Mahmudlu, AZƏRTAC
Aylıq sosial müavinət və kompensasiyalar 462,4 min nəfəri əhatə edir və 12 növ üzrə verilir. Birdəfəlik sosial müavinətlər 7 növ üzrə 21,1 min nəfəri əhatə edir. Hər ay 402 minə yaxın vətəndaş 16 növ təqaüd alır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədr müavini Əli Mövsümov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasında sosial müdafiə sistemi və aparılan sosial islahatlar barədə danışarkən deyib. O, əhaliyə göstərilən xidmətlərin rəqəmsallaşdırılmasından bəhs edərək deyib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 151-i tam rəqəmsallaşdırılıb. Dövlət Sosial Müdafiə Fondunun isə 88 xidmətindən 85-i rəqəmsallaşdırılıb. Rəqəmsallaşdırılan xidmətlərdən 60-ı proaktiv şəkildə həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunda 54 belə xidmət mövcuddur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















