Sədr müavini vəzifəsindən azad edilib? AQTA dan açıqlama
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiya həqiqəti əks etdirmir.
Bildirilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl T. Əliyevanın vəzifəsindən uzaqlaşdırıldığına dair məlumatlar yayılmışdı. Buna səbəb olaraq AQTİ-də cavabdeh şəxs kimi dabaq xəstəliyi ilə bağlı vaxtında müvafiq işlər həyata keçirməməsi göstərilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















