Icma.az
close
up
RU
Sədrlikdən gemək istəyən siyasilər:

Sədrlikdən gemək istəyən siyasilər:

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Slon vaxtlar Azərbaycandakı bir sıra siyasi partiyaların sədrləri dəyişib. İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasına yeni sədr seçilib. Bu vəzifəyə Mütəllim Rəhimli gəlib.

Uzun illər Vəhdət Partiyasına sədrlik edən Tahir Kərimli isə vəzifəsini könüllü təhvil verib.
Sabiq Baş nazir Pənah Hüseynli isə Azərbaycan Xalq Partiyasında sədrlik vəzifəsini müavininə tapşırıb.

Görünür ki, Xalq hərəkatı dövründən siyasətdə olan, partiya sədriliyini o gündən bu günə davam etdirən siyasətçilərin artıq yavaş-yavaş siyasi arenadan ayrılma prosesi gedir.

Modern.az uzun illər sədr olan və yaşı yuxarı olan partiya sədrləri arasında sorğu keçirib. Onlardan kimin sədrlikdən getməyə namizəd olduğunu öyrənməyə çalışıb.
 


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da sədrlik postunu təhvil verəcəyini bildirib.

"Nəsillər bir-birini zamanında əvəz etməlidir. İnsan yaşa dolur. Özündən sonra gələn nəsilə də bu və ya digər sahədə vəzifə tutumasına, özünün arzularını reallaşdırmasına imkanlar yaradılmalıdır. Bu il 35 yaşı tamam olan Ana Vətən Partiyasında yarandığı, siyasi mühitə qədəm qoyduğu andan indiyə qədər mənə şans verilib. Böyük etimaddır, təbii ki, bunu müsbət qəbul edirəm. Yeni çağırışlar var. Azərbaycan siyasi mühitində fərqli, daha dinamik, çevik, proseslərə adekvat addım ata biləcək gənclərin ortaya çıxmasına ciddi zərurət var. Bu baxımdan ayrı-ayrı partiyaların atmış olduğu addımlar tamamilə məntiqidir”.

F.Ağamalı öznün partiya sədrliyindən getməsinin məqamı yetişdiyini söyləyib:

“Əslinə qalsa, bu gün siyasi partiyaların əksəriyyəti Xalq hərəkatı dövründə proseslərdə iştirak edən və partiyanın yaradılmasında ciddi rol oynayan, ilk dövrdən bu günə qədər sədr olan siyasətçilərdir. Bu insanların arasında mən də yer alıram. Düşünürəm ki, vaxtıdır, biz getməliyik, yerimizə gənclər gəlməlidir. Onlar partiyanın ənənələrinə uyğun olaraq sədrlik kimi böyük məsuliyyət tələb edən vəzifəni öz üzərinə götürüb Azərbaycan dövlətçiliyinə xidmət etmək prosesinə qatılmalıdırlar. Bu ilin sonuna qədər Ana Vətən Partiyasının qurultayının keçirilməsi nəzərdə tutulub.Təbii ki, mən sədrlik vəzifəsindən gedəcəm. Namizədliyi irəli sürülən şəxslərdən kimin sədr olması qurultayın səlahiyyətində olan məsələdir”.

"Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı sədrliyə ən iddalı namizəddir. Siz ona dəstək olacaqsınız",- sualına cavab olaraq F.Ağamalı deyib: “Mən bu suala cavab versəm, doğru alınmaz. Sonradan ayrı-ayrı namizədlər bu iddiada olsa, qurultayın gedişinə, qurultay nümayəndələrinin səs verməsinə təsir göstərməklə məni ittiham edərlər. Mənim bir səsim var və ən layiqli namizədə verəcəm. Ümidvaram ki, cəmiyyət də bunu normal qəbul edəcək”.
 


Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə hələlik partiya sədrliyindən getmək planı olmadığını söyləyib:

“Hələ partiya sədrliyindən istefa ilə bağlı planım yoxdur. Partiya bu yaxınlarda məclis keçirəcək və orada məsələlər müzakirə olunacaq. Qurultayda bu barədə qərar veriləcək. Hələ ki mənim partiya sədrliyindən getmək fikrim yoxdur. Çünki partiyanın üzvləri mənim getməyimi istəmirlər. Ona görə də mən işləyirəm”.
 


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə dəfələrlə partiyadakı gənclərə və müavinlərinə bu barədə müraciət etdiyini, lakin müsbət cavab almadığını deyib:

“Azərbaycanda normal siyasi şərtlər olmadığına görə partiya sədrliyinə də elə bir iddialı adamlar yoxdur. Mən, dəfələrlə partiyamızda gənclərə, öz müavinlərimə təklif etmişəm ki, namizədliklərini versinlər. İndiki şərtlər daxilində doğrudan da partiya idarə etmək çox çətindir. Birinci səbəb budur. Söhbət liderin qocalığından, uzun müddət sədr olmasından getmir. Əgər şəxsin lider potensialı yoxdursa, partiyanı idarə edə bilmir, onu məhv edir. Kifayət qədər təcrübəli, ağıllı olan şəxs isə partiya üçün önəmlidir, faydalıdır. Bu gün Amerika prezidentlərinin, konqresmenlərinin orta yaşına baxsaq, hamısı 70-dən yuxarıdır. Elə partiya rəhbərləri var ki, 40-50 ildir müxalifətdədir. Xomeyni 30-cu illərdə müxalifətdə idi, 1979-cu ildə hakimiyyətə gəldi. Yəni filankəs istefa verdi, filankəs belə elədi, bu qanunauyğunluq deyil, fərdi məsələdir”.

S.Cəlaloğlu vurğuluayıb ki, əsas məsələ cəmiyyətdə rəqabətin olmasıdır:

“Bu rəqabət özünü cəmiyyətdə, siyasi partiyaların daxilində göstərməlidir. Cəmiyyətdə rəqabət olmayanda bu partiyalara sirayət etmir. Çünki cəmiyyət tamdır. Ümumi cəmiyyətdə baş verənlər onun ayrıayrı strukturlarında da baş verir. Cəmiyyətimizdə azad rəqabət olmayana qədər partiyalarda da sədrlik uğrunda normal rəqabəti gözləmək olmaz”.
 


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə sualımıza belə cavab verib:

"Allah İlyas bəyə rəhmət eləsin. Onun vəfatından sonra Ədalət Partiyasının sədrliyində dəyşiklik edildi. Yeni sədrə də uğurlar arzu edirəm. İki-üç gün qabaq da Tahir Kərimli partiya sədrliyindən getdi, ardınca Azərbaycan Xalq Partiyasının sədri öz səlahiyyətlərini müavininə həvalə elədi. Vəhdət Partiyasının yeni sədrinə uğurlar, Tahir bəyə də can sağlığı arzu edirəm".

M.Mirəlioğlu özünün də sədrlikdən istefa verdiyini, lakin bunun qəbul edilmədiyini bildirib:

"Ötən il seçkilərin nəticəsi olaraq mən istefamı ortaya qoymuşam, qəbul olunmayıb. Hər zaman bu məsələyə hazırıq. Bir problem də görmürük. Bunu da doğru sayırıq. Aktuallıq kəsb edən məsələdir. Zamanında belə bir addım atılanda, onun daha böyük müsbət təsirləri olur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri