Şəfa loqosunu dəyişdi FOTO
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1-ci Liqada çempion olaraq Premyer Liqada iştirak hüququ qazanan "Şəfa" futbol klubu yeni loqosunu təqdim edib.
Fanat.Az xəbər verir ki, məlumatı Bakı təmsilçisinin mətbuat xidməti yayıb.
Bildirilib ki, "bir klub, bir şəhər, bir tarix və bir ailə" devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən güclü rəmzlərdən ibarətdir.
Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. Ulduz 2000/2001 mövsümündə qazanılan Azərbaycan Kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır.
Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə klubun təsis ilidir. Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 11 İyun 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















