Icma.az
close
up
RU
Səfər Qaraqoyunlu: Azərbaycan və Türkiyə prezidentlərinin Müstəqillik Gününü Laçında qeyd etmələri ürəklərimizi qürur hissi ilə dolduran tarixi hadisədir

Səfər Qaraqoyunlu: Azərbaycan və Türkiyə prezidentlərinin Müstəqillik Gününü Laçında qeyd etmələri ürəklərimizi qürur hissi ilə dolduran tarixi hadisədir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 28 may, Günel Karatepe, AZƏRTAC

Bu gün 107 yaşını qeyd edən müstəqil Azərbaycan Qafqazın parlayan ulduzu, dünya dövlətləri sıralamasında yüksək mövqeyə sahib və gələcəyə inamlı addımlarla yürüyən bir dövlətə çevrilib. Bu, Azərbaycan xalqı ilə dövlətinin bir yumruq kimi birləşərək müstəqillik, milli iradə və inkişaf uğrunda apardığı mübarizəsinin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib.

O bildirib: “Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də qurulan və Müsəlman Şərqində ilk tamhüquqlu türkdilli respublika olan Azərbaycan 1920-ci ildə yenidən işğal edilib, bu vəziyyət 1990-cı ilədək davam edib.

Müstəqillik uğrunda 1990-cı ilin 20 Yanvarında “Azadlıq” meydanında toplaşan Azərbaycan xalqının üzərinə yürüyən sovet tankları belə millətin azadlıq eşqini, milli mənsubiyyət hissini söndürə bilmədi. Bu hadisə zamanı amansızlıqla qətlə yetirilən soydaşlarımız isə Azərbaycanın azadlıq mübarizəsinin rəmzinə çevrildilər. Bu vəhşilik qarşısında Azərbaycan türkləri daha da güclənərək, milli birlik və həmrəyliklərini ən yüksək səviyyəyə çatdıraraq 1991-ci il oktyabrın 18-də öz müstəqilliklərini elan etdilər. Azərbaycan xalqının bütün çətinliklər qarşısında əldə etdiyi müstəqillik isə bölgə xalqları üçün nümunəyə çevrildi ki, bu da SSRİ-nin dağılması ilə nəticələndi”.

Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladan S.Qaraqoyunlu deyib: “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik əsrlərə söykənir. Bu qardaşlıq bu gün olduğu kimi, gələcəkdə də ən yüksək səviyyədə davam edəcək. Bu gün prezidentlərimizin bu mötəbər günü birlikdə, həm də Laçında qeyd etmələri ürəklərimizi sevinc və qürur hissi ilə dolduran tarixi bir hadisədir.

İSTAD olaraq, Azərbaycan Respublikasının Müstəqillik Gününü ən səmimi diləklərimizlə təbrik edirik. Müstəqil Azərbaycan Respublikasının 107 yaşı mübarək olsun! Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı və həmrəyliyi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri