Səfir: Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı (Aİ) öz mandatına uyğun olaraq Ermənistanda monitorinq missiyasını davam etdirəcək və hazırda hər hansı dəyişikliyə ehtiyac yoxdur.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bunu İrəvanla Bakı arasında sülh sazişinin paraflanmasından sonra üçüncü qüvvələrin sərhəddən çəkilməsi məsələsinin qaldırılıb-qaldırılmadığına dair suala cavabında bildirib.
“Bildiyim kimi, Ermənistan xalqı və hakimiyyəti Aİ-nin Ermənistandakı missiyasını alqışlayır. Missiya fəaliyyətini davam etdirir. Əgər hər hansı dəyişikliyə ehtiyac yaranarsa, biz bunu üzv dövlətlərimizlə və əlbəttə ki, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma bu mərhələdə mən Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək”, - Aİ səfiri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















