Səfir: Azərbaycan və Özbəkistan prezidentlərinin dostluğu iki dövlət arasında əlaqələrin inkişafına zəmin yaradıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan və Özbəkistan Prezidentlərinin şəxsi dostluğu bu dövlətlərin və xalqların qarşılıqlı əlaqələrinin inkişafı üçün böyük zəmin yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bahrom Aşrafxanov Bakıda keçirilən “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimat mərasimində deyib. Səfir bildirib ki, Azərbaycan Cənubi Qafqazda Özbəkistanın etibarlı müttəfiqidir və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri səmimi dostluq xarakteri daşıyır.
Diplomat vurğulayıb ki, bu gün iki ölkə iqtisadi, siyasi, ticarət, nəqliyyat, tranzit, mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərləri, keçirilən görüşlər və imzalanan sənədlər onu deməyə əsas verir ki, münasibətlərin gələcəkdə daha yüksək səviyyəyə inkişafı üçün böyük zəmin yaradılıb.
“Beynəlxalq əhəmiyyət daşıyan irimiqyaslı iqtisadi layihələrin birgə həyata keçirilməsi perspektivdə Özbəkistan və Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinə keçidini təmin edəcək”, - deyən səfir dostluq əlaqələrinin daimi olacağına əminliyini ifadə edib.
Baxış sayı:41
Bu xəbər 18 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















