Icma.az
close
up
RU
Səfir: Çin mühüm razılaşmaların həyata keçirilməsində Azərbaycanla birgə səylər göstərməyə və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır

Səfir: Çin mühüm razılaşmaların həyata keçirilməsində Azərbaycanla birgə səylər göstərməyə və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan sentyabrın 3-dək Çinə səfər edəcək. Dövlət başçısı Tyançzində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində və Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində, eləcə də Ümumdünya Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin bəyanatında qeyd olunub.

Bildirilir ki, ŞƏT Sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyançzin şəhərində keçiriləcək. Bu, təşkilat yaradılandan indiyədək ən böyük sammit olacaq. Tədbirdə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək. ŞƏT region ölkələrinin təhlükəsizlik və sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq etmək üçün mühüm əməkdaşlıq platformasıdır. Dünyada son yüz ildə görünməmiş miqyasda baş verən dəyişikliklər fonunda təşkilat qarşılıqlı həmrəylik və əməkdaşlığı möhkəmləndirməli, islahatların aparılmasında məqsədyönlü şəkildə irəliləməli və sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı fayda kimi tarixi tendensiyalara daha yaxşı uyğunlaşmalıdır. Bu məqsədlə Sammit iştirakçıları “Şanxay ruhunun” təşviqi, multilateralizmin həyata keçirilməsi, dayanıqlı inkişafa dəstək, həmçinin mühüm beynəlxalq və regional məsələlərin müzakirəsi üzrə fikir mübadiləsi apararaq ŞƏT-in yeni inkişaf planını birgə hazırlayacaqlar.

Diplomat vurğulayıb ki, Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu alıb və “ ŞƏT ailəsinin” mühüm üzvüdür. Çin və Azərbaycan ŞƏT çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan Çinin ŞƏT-ə sədrliyi dövründə işinə qətiyyətli dəstək verib və təşkilatın Siyasi partiyalar forumu, Energetika nazirlərinin müşavirəsi, Xalq diplomatiyası və qardaş şəhərlər forumu, “yaşıl inkişaf” mövzusunda forum və Çinin təşkil etdiyi digər tədbirlərə yüksək səviyyəli nümayəndələr göndərib.

Qeyd olunub ki, bu il Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində və Ümumdünya Faşizm üzərində qələbənin 80 illiyi qeyd olunur. Sentyabrın 3-də Çin hökuməti Pekində “Tarixi xatırlamaq, qəhrəmanların xatirəsini uca tutmaq, sülhü qorumaq və gələcəyi açmaq” mövzusunda yubiley mərasimi keçirəcək. 80 il əvvəl 14 illik qanlı mübarizənin nəticəsində Çin xalqı işğalçılara qarşı böyük qələbə qazanmış və Ümumdünya Faşizm əleyhinə müharibədə qələbəyə mühüm töhfə vermişdi. 80 il əvvəl beynəlxalq ictimaiyyət İkinci Dünya müharibəsindən mühüm dərslər çıxardı, BMT-nin mərkəzi roluna əsaslanan, onun Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq nizam yaradıldı ki, bu da dünyada sülh və sabitliyin qorunmasında mühüm rol oynadı.

“Bu gün, 80 ildən sonra biz tarixdən əldə etdiyimiz dərslərə əsaslanmalı, İkinci Dünya müharibəsində qazanılmış nəticələri qoruyub saxlamalı və planetdə sülhü qətiyyətlə müdafiə etməliyik. Biz BMT-nin yaradılmasının ilkin məqsədini unutmamalı, beynəlxalq münasibətlərin ümumi tanınmış əsas prinsiplərinə əməl etməli, BMT-nin mərkəzi rol oynadığı beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya düzənini qətiyyətlə müdafiə etməliyik. Biz bütün xalqlar arasında həmrəylik və əməkdaşlığı möhkəmləndirməli, bəşəriyyət üçün ortaq taleyi olan cəmiyyətin qurulmasına təşviq etmək və bəşəriyyətin nəcib sülh və inkişaf işini inkişaf etdirməliyik.

Çin və Azərbaycan faşizm əleyhinə müharibədə qazanılmış qələbəyə yaddaşlardan silinməz tarixi töhfə veriblər. Hər iki ölkə multilateralizmin, beynəlxalq bərabərlik və ədalətin müdafiəsində əsas qüvvədir. Faktlar göstərir ki, dünyada vəziyyət nə qədər çox gərginləşirsə, Çin və Azərbaycan bir o qədər çox həmrəylik və əməkdaşlığı gücləndirməli, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulan beynəlxalq münasibətlər modeli yaratmalı, sabitlik və pozitiv enerji gətirməlidir.

Prezident İlham Əliyevin Tyançzində keçiriləcək ŞƏT Sammitində və Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində, eləcə də Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirakı onun cari ildə Çinə ikinci səfəri olacaq. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verəcək, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da zənginləşdirəcək.

“Çin iki dövlət başçısı arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə, tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə və əhəmiyyətli nəticələrin əldə olunmasına, həmçinin beynəlxalq bərabərlik və ədalətin qorunmasına və dünya miqyasında sülh və inkişafın təşviqinə mühüm Çin-Azərbaycan töhfəsi vermək üçün Azərbaycanla birgə səylər göstərməyə hazırdır,” – deyə Çinin Azərbaycandakı səfirinin bəyanatında qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri