Səfir Elin Süleymanov GB News kanalına müsahibəsində Ruben Vardanyanla bağlı iddialara cavab verib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 6 iyun, AZƏRTAC
Britaniyanın çoxsaylı izləyici auditoriyasına sahib olan GB News telekanalına müsahibəsində səfir Elin Süleymanov Ruben Vardanyanın lobbiçiliyini həyata keçirən şəxslərin Azərbaycana qarşı əsassız iddialarının cavabını verib.
AZƏRTAC xəbər verir ki, səfir Ruben Vardanyanın separatizmin təşviqi, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, Azərbaycanın rəsmi şəxslərini terrorla hədələmə və digər cinayətlərdə ittiham olunduğunu bildirib. Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın işi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edib.
Səfir Ruben Vardanyanın işinə dini don geyindirmək istəyənlərin iddialarının əsassız olduğunu qeyd edib, onun həbsxanada kitabxanadan istifadəsinə şərait yaradıldığını vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 İyun 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















