Icma.az
close
up
RU
Səfir: Müharibədə qalib və sülhdə qətiyyətli olan Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır

Səfir: Müharibədə qalib və sülhdə qətiyyətli olan Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 3 noyabr, AZƏRTAC

Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Pekindəki diplomatik missiyaların rəhbərlərinin, hərbi attaşelərin, Çin ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların qatıldıqları tədbirdə çıxış edən səfir Bünyad Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu qərarın ölkəmizin müasir tarixinin iki mühüm hadisəsini - Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü kimi iki mühüm hadisəni özündə birləşdirdiyini deyib.

“Bu iki mühüm hadisə birlikdə müasir Azərbaycan dövlətçiliyinin təməli olan Konstitusiyamızda əks olunmuş qanunun aliliyini, eyni zamanda, çətin qazanılan müstəqilliyini, xalqımızın vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyünün bərpasını simvolizə edir”, - deyə B.Hüseynov vurğulayıb.

Qeyd olunub ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit idarəetmə sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli suverenliyin institusionallaşdırılmasının əsasını qoyub. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suverenliyini bərpa edərək, xalqımızın birliyini və gücünü bir daha təsdiqləyib.

“Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası konstitusiya dəyərlərini və beynəlxalq hüquq normalarını rəhbər tutan müasir, güclü və suveren dövlətdir. Müharibədə qalib və sülhdə qətiyyətli olan ölkəmiz regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır”, - deyən diplomat əlavə edib ki, ölkəmiz milli maraqlarını və təhlükəsizliyini uğurla müdafiə etməklə yanaşı, regionda sabitliyə və əməkdaşlığa töhfələr verir.

Səfir B.Hüseynov tədbirin xüsusi qonağı - Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunan polkovnik-leytenant Vüqar Abduləzimovun simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda haqlı mübarizəsinin iştirakçılarının qəhrəmanlığını xalqımızın heç vaxt unutmayacağını deyib.

Sonra musiqiçilər Çilənay Bədəlova, Cavid Mehdiyev, Cəlal Kərimov və Emin Kazımzadənin ifasında Azərbaycan musiqisinin inciləri təqdim edilib, ölkəmizə aid videoçarxlar nümayiş olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri