Səfir: Təyyarə qəzası ilə bağlı məsələlərin tezliklə həll olunacağına ümid edirik
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskva, 25 dekabr, AZƏRTAC
Bakı ötən ilin dekabr ayında baş verən təyyarə qəzası ilə bağlı istintaqın başa çatmasını gözləyir, kompensasiyaların ödənilməsi və günahkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələlərin tezliklə həll olunacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Lenta.ru-ya müsahibəsində bildirib.
“Ümid edirik ki, maliyyə kompensasiyalarının ödənilməsi və bu faciədə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün məsələlər ən qısa zamanda ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda həll olunacaq. Oktyabrın 9-da Düşənbədə verilmiş bəyanatlar və əldə edilmiş razılaşmalar bu istiqamətdə mühüm addımdır”, - deyə diplomat vurğulayıb.
Səfir Prezident İlham Əliyevin Bakı ilə Moskva arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı sözlərini də xatırladıb: “Bu il onlar demək olar ki, bütün istiqamətlər üzrə uğurla inkişaf ediblər. Müəyyən sahədə daha sürətli, müəyyən sahələrdə daha yavaş, lakin geri çəkilmədən”.
Səfir qeyd edib ki, bu gün ikitərəfli münasibətlərin əsas məsələsi ötən ilin dekabr faciəsi ilə bağlı bütün məsələlərin tezliklə və ədalətli həll edilməsidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















