Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Səfir: Ukrayna mütləq qalib gələcək, çünki o, azadlığı müdafiə edir

Səfir: Ukrayna mütləq qalib gələcək, çünki o, azadlığı müdafiə edir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2014-cü ildə Krımın işğalı və Luqansk və Donetsk vilayətlərində hibrid müharibə ilə Rusiyanın təcavüzü başladı, 24 fevral 2022-ci il səhər tezdən isə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirdi ki, bu da İkinci Dünya müharibəsinin başa çatmasından bəri Avropada ən böyük müharibəyə çevrildi”.

APA xəbər verir ki, bu, Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı məqaləsində öz əksini tapıb.

Diplomat bildirib ki, Putin ən əsas məsələdə — Ukrayna xalqının gücünü qiymətləndirməkdə yanılıb: “Ukrayna dayandı. Şəhərlər və regionlar dayandı, qəhrəman xalq dayandı, Ukrayna dövləti dayandı! Ordu hücumun qarşısını aldı və əhəmiyyətli əraziləri azad etdi. Cəmiyyət heç vaxt olmadığı qədər birləşdi. Ukraynalılar müxtəlif regionlardan, etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, öz ölkələrini, torpaqlarını, milli kimliklərini, azadlıqlarını və dəyərlərini müdafiə etmək üçün bir araya gəldilər”.

Səfirin sözlərinə görə, genişmiqyaslı müharibə illərində Ukrayna öz dərdi ilə tək qalmayıb: “Biz beynəlxalq tərəfdaşlara siyasi, humanitar, iqtisadi və enerji sahələrində göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Xüsusi təşəkkür sözlərini Azərbaycan Respublikasına, onun rəhbərliyinə və xalqına ünvanlamaq istəyirəm ki, onlar müharibənin ilk günlərindən Ukraynaya səmimi həmrəylik nümayiş etdirdilər. Azərbaycan ölkəmizin zərər çəkmiş regionlarına humanitar yardım göstərdi və göstərməkdə davam edir, Ukraynaya həyati əhəmiyyətli avadanlıqlar, ilk növbədə enerji sahəsi üçün vasitələr göndərir, sosial infrastrukturun bərpasını dəstəkləyir. Bu günə olan məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 45 milyon ABŞ dollarını ötür. Bu yardım yalnız praktiki deyil, həm də dərin simvolik əhəmiyyət daşıyır. Bu göstərir ki, Ukrayna tək deyil, çətin zamanlarda bizi azadlığın, suverenliyin və ərazi bütövlüyünün dəyərini anlayan dostlar və həqiqi qardaşlar dəstəkləyir.

Biz Azərbaycanın beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və xüsusilə sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini yüksək qiymətləndiririk. Müasir dünyada bunlar abstrakt formullar deyil — bunlar qlobal təhlükəsizliyin təməlidir və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan Respublikası bizi bir çox digər ölkələrdən daha yaxşı anlayır”.

Diplomat vurğulayıb ki, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və dəstəyin möhkəm tarixi təməli üzərində qurulub.

Husyev qeyd edib ki, Ukrayna yalnız öz torpağını müdafiə etmir — Ukrayna müasir dünya nizamının əsasını təşkil edən prinsipləri müdafiə edir: müstəqillik hüququnu, inkişaf hüququnu, xalqların müharibəsiz, ədalətli dünyada yaşamaq hüququnu.

“Bu dörd il ərzində Ukrayna xalqı artıq son dərəcə ağır bədəl ödəyib. Minlərlə ukraynalı hərbçi doğma torpağını müdafiə edərkən həyatını itirib. On minlərlə mülki şəxs atəşlər və işğalın qurbanına çevrilib. Yüzlərlə şəhər və kənd dağıdılıb. Lakin hətta xarabalıqlar arasında belə Ukrayna bərpa edir və qurur, uşaqları təhsil alır, iqtisadiyyat, ticarət və biznes inkişaf edir, uşaqlarını və əsirlərini vətənə qaytarır. Bizim dayanıqlılığımız təkcə hərbi gücün deyil, həm də Ukrayna xalqının ruh gücünün və bütün dünyadakı tərəfdaşlarımızın dəstəyinin nəticəsidir.

Biz ədalətli sülhə inanırıq — güc hüququna deyil, hüququn gücünə əsaslanan sülhə. Bu gün, genişmiqyaslı müharibənin dörd ili və Rusiya təcavüzünün başlanmasından on iki il sonra, ölkəmiz beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığa, dialoqa və birgə təşəbbüslərə açıq qalır”, - səfir qeyd edib.

O əlavə edib ki, Ukrayna mütləq qalib gələcək, çünki o, həqiqəti, azadlığı və yaşamaq və inkişaf etmək hüququnun özünü müdafiə edir: “Mən əminəm ki, beynəlxalq həmrəylik nə qədər möhkəm olarsa, beynəlxalq hüquq prinsiplərini müdafiə edən dövlətlərin səyləri nə qədər çox birləşərsə, ədalətli və davamlı sülh bir o qədər tez bərqərar olacaq. Azərbaycanın göstərdiyi dəstəyə, dostluğa və ən çətin günlərdə uzadılan qardaş kömək əlinə görə bir daha səmimi təşəkkürümü bildirirəm. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu unutmuruq. Və əminik ki, qarşıda ölkələrimiz üçün strateji tərəfdaşlığın genişlənməsi, uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı etimada, hörmətə və xalqlarımızın ümumi sülh və firavan gələcəyinə əsaslanan həqiqi dostluğun yeni səhifələri var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri