Icma.az
close
up
RU
Səfiri: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Səfiri: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

İtaliya mətbəxinin təbliği dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirliklərimizin iqtisadi təşviqat fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko deyib.

Səfir bildirib ki, bu il İtaliya Mətbəxi Həftəsi səfirliyin və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə 11-ci dəfə keçirilir. Ötən il İtaliya mətbəxinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmasından sonra ilk dəfə təşkil olunan builki tədbir xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, tədbirdə iştirak etmək üçün üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının aşpazı Bobo Çerea artıq ikinci ildir Bakıya gəlir.

İtaliya və Azərbaycan mətbəxləri arasındakı oxşarlıqlardan danışan diplomat qeyd edib ki, fərqlərlə yanaşı, ortaq cəhətlər də az deyil. Azərbaycan mətbəxində istifadə olunan bir çox ərzaq və məhsula İtaliya mətbəxində də rast gəlmək mümkündür. Bu, qismən iki ölkənin coğrafi mövqeyi və bəzi bölgələrdə oxşar kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlıdır.

“Digər mühüm oxşarlıq milli mətbəxə yanaşmadadır. Hər iki ölkənin mətbəxi ənənələrə, bölgələrin özünəməxsus xüsusiyyətlərinə və yerli kulinariya dəyərlərinin qorunmasına əsaslanır. Bu xüsusiyyətləri üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının fəaliyyətində də görmək mümkündür”, – deyə səfir vurğulayıb.

Azərbaycan mətbəxindən danışan diplomat bir çox yeməyin dadına baxdığını və onları bəyəndiyini bildirib. O, xüsusilə dolmanı və təndir çörəyini qeyd edib: “İçərişəhərdə səhər tezdən təndir çörəyi bişirilən bir məkan var. Ora tez-tez baş çəkməyi sevirik”.

Səfir əlavə edib ki, Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə ənənəsinin 2024-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi iki ölkə arasında daha bir mədəni əlaqə nöqtəsidir.

Azərbaycan və İtaliya arasında gələcəkdə birgə qastronomiya layihələrinin, festivalların və kulinariya mübadiləsi proqramlarının təşkili imkanlarından danışan diplomat ortaq ənənələrlə yanaşı, İtaliya-Azərbaycan Universitetinin də əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirib.

Müxbir – Günel Alıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri