Icma.az
close
up
RU
Səfirliklərimizdə yeni ştatlar açılmalıdır Xalq şairi təklif verdi

Səfirliklərimizdə yeni ştatlar açılmalıdır Xalq şairi təklif verdi

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda bildirilib ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olmuşdur. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir".


Mövzu ilə bağlı "Sherg.az"a danışan Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Xalq şairi Vahid Əziz deyib ki, cənab prezidentin səsləndirdiyi tələblər haqlı tələblərdir.

O, vurğulayıb ki, sözügedən sənədlərin, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən rəsmi olaraq yayılması çox müsbət bir addımdır və Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun yüksək olduğunu nümayiş etdirir:

“Bildiyiniz kimi, mən də Qərbi Azərbaycandan zorla çıxarılanlardanam. Biz 1948-1953-cü illərdə köçürülənlər sırasındayıq. Qərbi Azərbaycan İcmasının yaradılması və bir sıra işlərin görülməsi müsbət bir hadisədir. Lakin haqqımızı dünya ictimaiyyətinə qəbul etdirmək üçün daha çox çalışmalıyıq. BMT-nin məsələləri gündəmə gətirməsi vacib olsa da, təbliğat işimizi xarici ölkələrdə daha güclü və təsirli şəkildə həyata keçirməliyik. Bunun üçün də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi daha təsirli fəaliyyət göstərməlidir. Şəxsən mən hesab edirəm ki, bu komitə çox zəif işləyir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların öz təşəbbüsü ilə yaratdığı dərnəklər, təşkilatlar bu sahədə daha çox iş görürlər, nəinki həmin komitə. Bu komitə xaricdəki azərbaycanlılarla daha sıx və əlaqəli şəkildə çalışmalıdır. Mənə belə gəlir ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində ayrıca ideoloji ştat açmaq lazımdır ki, məhz Azərbaycanın hüquqlarını xarici ölkələrdə tanıtmağı bacarsın. Diplomatlar özləri üçün biznes yaratmasın, Azərbaycanın qeyrətini çəksinlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri