Səfirliyimizə qarşı edilən terrorun cəzasız qalmaması Azərbaycanın İrandan prioritet sayılan gözləntisidir
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan və İran arasında olan münasibətlərin, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərindən sonra müsbət məcrada inkişaf edəcəyinə şübhə etmirik. Səfərin gedişi, səfər çərçivəsində keçirilən görüşlər, verilən bəyanatlar dediklərimizi bir daha təsdiq edir. Pezeşkian həm cənab prezidentlə ikitərəfli, həm çoxtərəfli görüşlərdə, həm biznes forumdakı çıxışlarında Azərbaycana yönəlik müsbət mesajlar verdi. Əvvəla, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ölkəmizi təbrik etməsi və Azərbaycanın suverenliyini, bütövlüyünü İran tərəfindən dəstəkəndiyini qeyd etməsi, Azərbaycan prezidentinin İran şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda tikinti və bərpa işlərinə dəvət edilməsi, Araz vadisi üzərində yol qovşaqların və həmin yolun üzərində digər müştərək layihələrin icra olunması, beynəlxalq platformalarda ikitərəfli və çoxtərəfli görüşlərdə iki ölkənin birgə iştirakı onu deməyə əsas verir ki, keçmişdə qalan və soyuq münasibətlər artıq bu səfərdən sonra isti fazaya keçəcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanın İrandan gözləntisi var.
Vüqar İskəndərov
“Azərbaycan səfirliyinə terror edilməsindən sonra terrorçunun İran məhkəmələri tərəfindən edama məhkum olunması və hələ də hökmün icra olunmaması kimi məsələlərin həlli Azərbaycanın gözləntisidir. Bu məsələ də öz həllini tapmalıdır”-deyə deputat qeyd edib.
İradə Cəlil, Bizimyol.info

Azərbaycanın etirazına İrandan reaksiyalar
07 Yanvar 2025 16:39
Qaluzin Moskvadakı səfirliyimizə getdi
27 Dekabr 2024 18:12
SON DƏQİQƏ: İrandan Azərbaycanın tanınmış saytına HAKER HÜCUMU
20 Fevral 2025 11:45
Tacikistanın XİN rəhbəri Düşənbədəki səfirliyimizə gedib
26 Dekabr 2024 20:01
Səfirliyimizə hücum edən Yasin edam ediləcək
22 Yanvar 2025 15:55

