Icma.az
close
up
RU
Səhər saat 6 da reysə çıxan sürücü necə tibbi müayinədən keçməlidir? MİLLİ MƏCLİS ÖZ YANLIŞINI NİYƏ DÜZƏLTMİR?

Səhər saat 6 da reysə çıxan sürücü necə tibbi müayinədən keçməlidir? MİLLİ MƏCLİS ÖZ YANLIŞINI NİYƏ DÜZƏLTMİR?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Özəl sektorun işçilərinin (sərnişin və yük daşımalarını həyata keçirən fiziki və hüquqi şəxslərinin sürücülərinin) hüquqları qəbul edilmiş və qüvvəyə minmiş qanunlardakı bəzi yanlış normalar nəticəsində hər gün pozulur. Bu yanlış maddələrdən biri də İnzibati xətalar məcəlləsinin 326-cı maddəsidir. Belə ki, maddənin dispozisiyası yanlış formada yazılıb və yanlış formada da qüvvəyə minib. Nəticədə sərnişin və yük daşıyan 100 minlərlə sürücünün hüquqları pozulmuş vəziyyətdədir”.

Bunu Gununsesi.info-ya açıqlamasında hüquqşünas Rahim Axundov deyib.

Hüquqşünasın sözlərinə görə, hökumət qurumlarına bu məsələ ilə bağlı sorğular versə də ancaq bu suallara cavab ala bilmir.

“Bu məcəllə 2015-ci ildə Milli Məclisdə qəbul edilib. 2024-cü ildə də bu 326-cı maddəyə Milli Məclisdə dəyişiklik edilib. Lakin nə 2015-ci ildə, nə də 2024-cü ildə Milli Məclis bu yanlışlığı görməyib və ya düzəliş etməyib. Yekunda əziyyət çəkən biz özəl sektorun işçiləri oluruq.Yanlış dispozisiyası olan maddəyə əməl edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə sanksiyasına məruz qalır. Bu yanlışlığı görmək üçün gəlin, sözügedən 326-cı maddəsinin dispozisiyasını nəzərdən keçirək: “Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -” Bu cümlədə “və digər” sözünə qədər bir və ya bir neçə tibbi müayinə sadalanmalı idi ki, ondan sonra “və digər tibbi müayinə” tələbi qoyula bilərdi.” Digər tibbi müayinə nə deməkdir? Bu sözlə qanunverici nəyi nəzərdə tutub, anma düzgün ifadə edə bilməyib? “Və” bağlayıcısının o formada maddədə işlənməsinin heç bir qrammatik,üslubi əsası yoxdur.Qanun layihəsini Mlli Məclisdə qəbul edəndə cümlələri özləri də bir oxumalı idilər. Qanunda hər sözün,hətta “və” bağlayıcısının hüquqi çəkisi var.Biz nəyə görə dispozisiyası yanlış yazılmış maddənin yaratdığı çətinlikləri qəhrəman kimi dəf etməliyik? Çünki bu maddədə “və digər tibbi müayinə” mülahizəsinə görə maddəni tətbiq edən qurumun əməkdaşı sürücüdən “n” sayda tibbi müayinə də tələb edə bilər. Digər tərəfdən yazıq sürücülərdən hər gün tibbi müayinə tələb etmək digər sürücülərlə müqayisədə onların hüquqlarının pozulması deməkdir. Səhər saat 6-da reysə çıxan sürücü tibbi müayinə haradan keçməlidir və nə vaxt keçməlidir? Bu da maddənin yatardığı bürokratik və inzibati maneədir. Ona görə də xahiş edirəm ki, Milli Məclis bu yanlışlığı təcili şəkildə aradan qaldırmalı və buna qədər isə maddənin tətbiqinə moratorium qoyulmalı və maddədə yük maşını sürücülərinin hüquqlarına münasibətdə yaradılan inzibati və bürokratik maneə aradan qaldırılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri