Icma.az
close
up
RU
Səhər yeməyi üçün bir nömrəli superqida Diyetoloq açıqladı

Səhər yeməyi üçün bir nömrəli superqida Diyetoloq açıqladı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda səhər yeməyi üçün milyonlarla seçim mövcuddur – blinçikdən tutmuş yulaf sıyığı və omletədək. Lakin bəzi variantlar digərləri ilə müqayisədə daha zəngin qida tərkibinə malikdir.
Demokrat.az
xəbər verir ki, diyetoloq Liza Moskovits "HuffPost" nəşrinə açıqlamasında bir məhsulun səhər yeməyinin qida dəyərini dadına təsir etmədən əhəmiyyətli dərəcədə artıra biləcəyinid deyib.
Onun sözlərinə görə, səhər yeməyi üçün superməhsul çia toxumlarıdır. Bu, onların zəngin tərkibi – lif, maqnezium, B qrupu vitaminləri, dəmir və az miqdarda zülal ilə əlaqədardır.
Çia toxumları həmçinin omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin və ürək sağlamlığını dəstəkləyir, iltihabı azaltmağa kömək edir və həzmi effektiv şəkildə tənzimləyir.
Əslində, cəmi bir porsiya çia toxumu – adətən iki-üç xörək qaşığı – təxminən 10 qram lif ehtiva edir ki, bu da əksər insanlar üçün tövsiyə olunan gündəlik normanın üçdə birinə bərabərdir. Lif yalnız həzmi yaxşılaşdırmır, həm də ürək xəstəlikləri, diabet və bəzi xərçəng növləri də daxil olmaqla bir çox təhlükəli xəstəliklərin riskini azaltmağa kömək edir.
Bununla yanaşı, çia toxumları olduqca universal məhsuldur və səhər yeməyində sevilən müxtəlif təamlara asanlıqla əlavə edilə bilər.
"Onları yoqurtun üzərinə səpə, yulaf sıyığına qata, hətta avokadolu tostların, yumurtanın və ya qəhvənin üzərinə əlavə edə, sadəcə suda dəmləyə bilərsiniz. Onları badam südündə, adi süddə və ya istənilən bitki mənşəli süddə isladaraq gecə boyunca soyuducuda saxlamaq olar – bu, sürətli qəlyanaltı üçün əla seçimdir. Məhdudiyyətlər barədə narahat olmağı dayandırın və rasionunuza nə əlavə edə biləcəyinizi düşünün", deyə Moskovits bildirib.
Jalə
Ddemokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri