Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? Rusiyalı həkimdən tövsiyə
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Rusiyalı həkim, endokrinoloq Mariya Kaloşina səhər yeməyindən imtinanın təhlükələri barədə xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə "RİA Novosti"yə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, hətta aktiv arıqlama dövründə belə səhər yeməyini gözardı etmək olmaz, çünki bu, nahar zamanı normadan artıq yemək riskini yaradır.
"Səhər yeməyinin kalori miqdarı ümumi rasionun təxminən 35 faizini təşkil etməlidir", - deyə mütəxəssis qeyd edib.
Bundan əlavə, Mariya Kaloşina qeyd edib ki, arıqlama zamanı aclıq və susuzluq arasındakı fərqi hiss etməyi öyrənmək vacibdir.
"Statistikaya görə, yemək istəyənlərin 80 faizi əslində susuzluq hiss edir" , - deyə həkim vurğulayıb.
Öz hisslərinizi yoxlamaq üçün 200 millilitr su içmək və bir müddət sonra vəziyyətinizi təhlil etmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Yanvar 2025 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















