Icma.az
close
up
RU
Şəhərdə ən bahalı resurs torpaqdır Avtomobilin sayının artması pis deyil, amma gündəlik istifadəsi risklidir

Şəhərdə ən bahalı resurs torpaqdır Avtomobilin sayının artması pis deyil, amma gündəlik istifadəsi risklidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda 2025-ci ilin 1 yanvar tarixinə Azərbaycanda hər 100 ev təsərrüfatına düşən minik avtomobillərin sayı 65 ədəd olub. Dövlət Statistika Komitəsi məlumat verib ki, bu, 2024-cü illə müqayisədə 3 ədəd çoxdur və ölkə tarixində ən yüksək göstərici sayılır. Rayon və şəhərlər üzrə bölgülərə nəzər yetirdikdə, paytaxt Bakı şəhərində hər ev təsərrüfatına təxminən bir avtomobil düşür. Əlavə olaraq, ölkədə 1 milyon 494,82 min minik avtomobili mövcuddur ki, onun 588,16 mini Bakı şəhərinin payına düşür.Ölkədə maşın sayının çoxluğunun hansı sosial fəsadları yarana bilər?

Məsələ ilə bağlı Bizimyol.info portalına danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dünya şəhərlərində əsas hədəf ciddi alternativlər formalaşdırmaqdır: “Avropadakı rəqəmlərə baxsaq, Azərbaycandakı rəqəm bəli artıb. Hardasa 320 min nəfərə 320 avtomobildir. Burda əsas məsələ, bu avtomobillərdən gün ərzində istifadə etmə zəruriyyətidir. Problem budur. Sizin avtomobilinizin olması problem deyil. Əgər gün ərzində avtomobildən çoxluq istifadə edirsə və bu faiz artırsa, şəhər, küçə yol şəbəkəsinə uzunmüddətli tıcax yaradır. Əgər orqanizmdə qan damarları ilə müqayisə aparsaq, bir tromb olanda necə təzyiqi qaldırır və yekunda zəif orqanı sıradan çıxarıb orqanizmin bir hissəsini iflic edirsə, şəhərdə də eyni proses baş verir. İndi bütün dünya şəhərlərində əsas hədəf ciddi alternativlər formalaşdırmaqdır: qısa, orta və uzun məsafəli həll variantları, yəni qısaməsafəli piyada infrastrukturu, mikromobillik, orta və uzun ictimai nəqliyyat. Yerin altında metro, yerin üstündə şəhərətrafı elektrik qatarı, avtobus şəbəkəsi, tramvayla bu cür məsələni həll etmək mümkündür.

Sadəcə avtomobilin bir başqa məsələsi gündəmə gəlir. Dünyanın aparıcı dövlətlərində avtomobilin alışından öncə müəyyən tələblər qoyurlar. Sənin avtomobilin sənin məsuliyyətindir. Harda saxlayacaqsansa, öncədən bir müqavilə tələb edirlər. Məsələn; Yaponiyada bu qaydalar daha sərtdir. Şəhərin müəyyən yerinə uyğun sizə avtomobilin ölçülərinə qədər məhdudiyyətlər qoyurlar. Əgər şəhərin mərkəzində yaşayırsansa, daha az yer tutduğuna görə balaca avtomobillər almalı olduğunuzu deyirlər. Şəhərin kənarında isə, daha böyük avtomobilə icazə verirlər, ancaq bir şərtlə ki, onu saxlayacağı yerin birillik müqaviləsi olsun. Yəni sizin avtomobilinizin harda saxlanılma məsələsi öncədən sizə sual kimi qoyulur. Bizdə çox təəssüf ki, hələ ki, belə qaydalar yoxdur.

Şəhərin strukturunda çatışmayan elementlər ümumi şəhərə təsir edir. Yəni yarım dairəvi yolumuz Biləcəri, Binəqədi, Ramana istiqamətində tamamlansa, bundan sonra şəhərin giriş nöqtələrində “park and drive” (park et, səfərini ictimai nəqliyyatla davam et) təşkil olunur. Buna bənzər yalnız “Koroğlu”da təşkil olunub, amma o da hələ tam funksional deyil. Deməli, müəyyən məsafəni avtomobillə gəlirsiniz, parkda saxlayırsınız, sonra metroya və ya avtobusa, dəmiryoluna keçirsiniz. Şəhərdə ictimai nəqliyyatla hərəkət etməklə həm töhfə verirsiniz ki, şəhər küçələrini yükləmirsiniz, digər tərəfdən özünüz də rahatsınız. Çünki şəhərin daxilində hələ indiki vəziyyətdə parkinq daha bahadır və məhduddur”.

Rauf Ağamirzəyev

“Çox güman ki, 2027-ci ildən şəhərin mərkəz hissəsində pullu girişlər də nəzərdə tutulub. Çeşidli özü-özlüyündə avtomobillə hərəkət sizə bir yük olur. Amma bunun alternativlərinə biz diqqət ayırsaq, bu məsələ öz həllini tapacaq. Ona görə avtomobilin sayının artma məsələsi əslində pis element deyil, amma onun gündəlik istifadəsi riskdir.

Avtomobilin harda saxlanılması sualları, müəyyən həllini tələb edən məsələlər var. Düşünürəm ki, ilkin məsələ artıq tətbiq olunub. Zona parkinq sistemi, ikinci artıq şəhərin mərkəzində zona parkinqin pullu edilməsi, həmçinin şəhərin giriş nöqtələrində və müəyyən yerlərdə parkinqin tikilməsinə ehtiyac var. Şəhərdə ən bahalı resurs torpaqdır, onun səmərəli istifadəsi yönündə qərarlar verməliyik, yəni bizim küçələrimizi, məhlələrimizi, səkilərimizi avtomobillər zəbt edibsə, bunun üçün müvafiq olan bir infrastruktur qurub hamısını müxtəlif səviyyəli bir parkinqə yığıb qalan sahələri daha səmərəli istifadə etmək olar”-deyə Rauf Ağamirzəyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri