Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Şəhərlərimizi raketlərlə vuranlar indi yalan danışır

Şəhərlərimizi raketlərlə vuranlar indi yalan danışır

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müharibə dinc şəhərlərin üzərinə çökəndə, bu artıq cəbhə xəttində gedən döyüş deyil - bu, soyuqqanlı terror, həyatlar və talelərin məqsədyönlü məhvidir, əllərinə silah almayanlara göndərilən qanlı xəbərdarlıqdır.

2020-ci ilin oktyabrında erməni ordusu Azərbaycanın dinc şəhərlərinin küçələrini külə, xarabalığa çevirdi, gecə səmasını isə alışıb-yanan cəhənnəmə döndərdi.

O qaranlıq gecələrdə tüstü burumları arasında körpələrin qışqırıqları batır, analar yanmış cəsədlər üzərində fəryad edirdi, qocalar isə dağılmış mənzillərdə nəfəsi kəsilmiş halda uzanıb qalırdı.

Həyatlarının son anlarında belə başlarına nə gəldiyini anlamadan.

Bu müharibə döyüş meydanında başlamadı - o, yuxuda olan körpələrin yataqlarına, yemək bişirən anaların mətbəxlərinə, sevincli səslərin yenicə səsləndiyi məktəb həyətlərinə endi. Erməni raketləri Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı hədəf aldı - hərbi bazaları, ordu kolonlarını yox, mətbəx bıçağından başqa təhlükəli əşya olmayan, məktəbli uşağın əlindəki qələm qədər günahsız məhəllələri vurdu.

Həmin günlərdə Azərbaycanın bu şəhərlərində ölüm qatı tüstü içində dolaşır, dinc insanları amansızcasına həyatdan qoparırdı. Uşaqlar, qadınlar, qocalar - məhz onlar bu vəhşi hücumların əsas hədəfinə çevrildi. Gəncənin bir məhəlləsi sanki vəhşi heyvanların parçalayaraq məhv etdiyi xarabalığa çevrilmişdi. Bərdədə bir neçə ev qanla boyanmış dağıntılar idi. Tərtərin küçələri isə top mərmilərinin dayanmadan yağışı altında titrəyirdi.

... Bakıda keçirilən məhkəmə prosesi Azərbaycanın dinc əhalisinə qarşı erməni təcavüzünün dəhşətli səhifələrini yenidən açdı. İttiham olunan Lyova Mnatsakanyan - separatçı rejimin keçmiş "müdafiə naziri" - işğal olunmuş ərazilərdə "İskəndər-M", "Toçka-U" və "Smerç" kimi silahların olmadığını bildirdi. Bu isə onu göstərir ki, bu ölümcül silahlar məhz erməni silahlı qüvvələri tərəfindən istifadə edilib.

Bu qanlı cinayətlərin ən dəhşətli nümunələrindən biri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə endirilən raket zərbələri oldu. 11 oktyabr 2020-ci il gecəsi erməni silahlı qüvvələri şəhərin mərkəzində yerləşən yaşayış massivinə sarsıdıcı raket zərbəsi endirdi. Hücum nəticəsində uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla onlarla yaşayış evi dağıldı.

Rəsmi məlumatlara görə, həmin gecə Gəncəyə endirilən raket hücumu nəticəsində 10 nəfər həlak oldu, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar. Daha 40 nəfər müxtəlif dərəcəli xəsarət aldı. Bu hücumun heç bir hərbi əsası yox idi - hədəf yalnız mülki obyektlər idi və heç bir strateji və ya hərbi obyekt zərər görmədi. Bu, açıq şəkildə erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı məqsədyönlü terror siyasətini göstərir.

Bundan bir neçə gün sonra, 17 oktyabrda Gəncəyə daha bir raket hücumu endirildi və bu dəfə 13 nəfərin, o cümlədən uşaqların həyatına son qoydu. Erməni silahlı qüvvələri bilərəkdən yaşayış rayonlarını hədəfə alaraq dinc əhali arasında qorxu və vahimə yaratmağa, Azərbaycan xalqının mənəvi ruhunu sarsıtmağa çalışırdı.

Bərdəyə edilən hücum isə erməni terrorunun ən dəhşətli nümunələrindən biri oldu. 28 oktyabr 2020-ci ildə erməni silahlı qüvvələri Bərdənin ən izdihamlı küçələrindən birinə raket zərbəsi endirdi - bu zaman həmin ərazidə çox sayda insan vardı. Bu hücum nəticəsində 21 nəfər həlak oldu, 70-dən çox insan yaralandı. Bərdənin küçələri günahsız insanların qanına boyandı, şəhər sanki döyüş meydanına çevrildi.

Ekspertlər təsdiqlədilər ki, erməni tərəfi bu hücumda beynəlxalq hüquqla qadağan edilmiş kaset bombaları ilə təchiz olunmuş "Smerç" reaktiv yaylım atəş sistemlərindən istifadə edib. Bu terror aktı bir daha göstərdi ki, erməni komandanlığı bilərəkdən dinc əhalini və mülki obyektləri hədəfə almışdı.

Erməni təcavüzkarlarının törətdiyi bu cinayətlər unudulmayacaq. Azərbaycan xalqı öz şəhidlərinin qanını yerdə qoymayacaq və ədalət mütləq zəfər çalacaq. Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş bu insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan hər kəs cəzasını alacaq. Bu ədalət, Azərbaycanın qanlı yaralarının sağalması üçün zəruri olan tarixi haqqdır.

Ölkəmizin cəbhəyanı rayonları da erməni silahlı qüvvələrinin amansız hücumlarından xilas ola bilmədi. Tərtər rayonu ağır artilleriya atəşinə məruz qaldı və hər gün davam edən bu hücumlar nəticəsində onlarla kənd yer üzündən silindi. Minlərlə insan evsiz, əmlaksız və yaxınlarını itirmiş halda qaldı.

Rəsmi məlumatlara görə, 44 günlük Vətən müharibəsi ərzində erməni silahlı qüvvələri Azərbaycan ərazisinə təxminən 30 min müxtəlif kalibrli mərmi atıb ki, bunların arasında beynəlxalq hüquqla qadağan edilmiş silah növləri də olub. Bu hücumların heç bir hərbi məqsədi yox idi - onların məqsədi dinc əhalini qırmaq, şəhər və kəndlərdəki infrastruktur obyektlərini məhv etmək idi.

Keçmiş qondarma separatçı rejimin "müdafiə naziri" olmuş Lyova Mnatsakanyan işğal olunmuş ərazilərdə "İskəndər-M", "Toçka-U" və "Smerç" kimi raket sistemlərinin olmadığını bildirməsi də raketlərin Ermənistan ərazisindən atılmasının növbəti sübutudur. 2020-ci ildə müsahibələrindən birində Prezident İlham Əliyevin də dediyi kimi, Gəncəyə raket hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir və qərarı da şəxsən Paşinyan verib.

Erməni tərəfi yalnız bu cür silahların mövcudluğunu inkar etməklə kifayətlənməyib, illər boyunca öz "sülhsevər siyasəti" barədə yalan məlumatlar yaymaqla, Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi barbar hücumlarını ört-basdır etməyə çalışıb.

Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, 2020-ci il müharibəsi zamanı erməni təcavüzü nəticəsində 94 dinc sakin, o cümlədən 12 uşaq və 27 qadın həlak olub. 400-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Minlərlə ailə evsiz-eşiksiz qalıb, yaşayış binaları, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları dağıdılıb.

Erməni silahlı qüvvələri bilərəkdən mülki infrastrukturu hədəfə alaraq humanitar fəlakət yaratmağa çalışıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, müharibə zamanı 3000-dən çox yaşayış evi, 100-dən çox çoxmərtəbəli bina və 500-dən artıq sosial obyekt, o cümlədən məktəblər və uşaq bağçaları dağıdılıb və ya zədələnib.

Hazırda Bakıda keçirilən hərbi məhkəmə prosesində insanlıq və sülh əleyhinə cinayətlərdə ittiham olunan erməni hərbçiləri məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilənlər arasında separatçı rejimin keçmiş yüksək rütbəli şəxsləri də var. Onlar aqressiv müharibənin hazırlanması və aparılması, dinc əhalinin kütləvi qətli və soyqırımı, terrorizm və terrorizmin maliyyələşdirilməsi, müharibə qanunlarının və adətlərinin pozulması, hakimiyyətin zorla ələ keçirilməsi və digər ağır cinayətlərdə ittiham olunurlar.

Ədaləti yalanla boğmaq mümkün deyil. Necə ki, övladının cəsədi üzərində ağlayan ananın fəryadını nə siyasi bəyanatlar, nə də diplomatik yalanlar susdura bilər. Gəncənin külləri, qanla yoğrulmuş Bərdə torpağı, Tərtərdə uşaqların yaralanmış bədənləri - bunlar müharibənin epizodları deyil, bəşəriyyətin bədənində sağalmayan yaralardır. Bu yaralar yalnız günahkarlar layiqli cəzalarını alandan sonra sağala bilər.

Erməni generalları və siyasətçiləri nə qədər çalışsalar da, aydın həqiqəti inkar edə, faktlardan yayınaraq öz cinayətlərini gizlədə bilməzlər.

Dağıdılmış evlərin xarabalıqları - onların bu qanlı cinayətlərinin imzasıdır. Övladını qucağında tutaraq göz yaşlarına qərq olmuş anaların şəkillərindəki kül izləri - bu, onların cinayət izləridir ki, nə yalan, nə saxta bəyanatlar, nə də həyasız danışıqlar bu izləri silə bilər. Hər yıxılmış beşik, hər yandırılmış kitab, hər cırılıb parça-parça olmuş uşaq oyuncağı - bunlar erməni cinayətkarlarının tarix qarşısında susqun şahidləridir.

Bakıda keçirilən məhkəmə yalnız bu cinayətlərin hüquqi tərəfini araşdırır. Lakin bir də vicdan məhkəməsi var ki, orada hökm çoxdan çıxarılıb. Dinc şəhərlərə hücum əmrini verənlər, ölümlə dolu qara küləklər göndərənlər tarixin qanlı səhifələrində yalnız hərbi cinayətkarlar kimi xatırlanacaqlar. Onlar Azərbaycan xalqının yaddaşında sadəcə düşmən yox, uşaq qatilləri, ev yıxanlar və silahsız insanları qətlə yetirən cəlladlar kimi qalacaqlar.

Erməni liderləri ümid edə bilərlər ki, zaman əllərindəki qanı siləcək. Amma tarixin yaddaşı uzundur. Gəncənin xarabalıqları erməni vəhşiliyinin əbədi abidəsi kimi qalacaq. Bərdə ana fəryadlarının əks-sədasını heç vaxt unutmayacaq. Tərtər isə dağıntılar altında can verən insanların səsini həmişə xatırlayacaq.

Ədalət unudulmaqdan qorxmaz.

Bakıda keçirilən məhkəmə sadəcə hüquqi proses deyil, bu, uzun sürəcək haqq-ədalət yolunun başlanğıcıdır. Erməni hərbi cinayətləri cəzasız qalmayacaq. Çünki dağıdılmış hər Azərbaycan ailəsinin arxasında yaddaşında bu ağrını yaşadan, həqiqəti tələb edən və daha heç vaxt torpağında bu cür vəhşiliyə imkan verməyəcək bütöv bir xalq dayanır.

Azərbaycan ədalətə nail olacaq.

Çünki həqiqət alov kimidir: onu külün altında bir müddət gizlətmək olar, amma gec-tez o alov yenidən qızışacaq, bütün qaranlığı işıqlandıracaq və həqiqəti boğmağa çalışanların sifətini aydın şəkildə üzə çıxaracaq.

Mütləq çıxaracaq - kimsə şübhə etməsin...
Elçin Alıoğlu
TREND

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Mart 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri