Şəhərsalma məcəlləsinə dəyişiklik elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını dəstəkləyir AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan parlamenti Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) və ya fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurucuları yerləşdirilə bilər. Bu dəyişiklik, elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını və infrastrukturların uyğunlaşdırılmasını nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















