Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Səhət Həbibbəyli Vasif Talıbova ildə 30 milyon dollar çatdırırmış

Səhət Həbibbəyli Vasif Talıbova ildə 30 milyon dollar çatdırırmış

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib.
Yeniavaz.com
“Azadlıq radiosu”na istinadla xəbər verir ki, bu məlumat gömrük generalının öz ifadəsində əksini tapıb.
O, Naxçıvanın keçmiş maliyyə naziri və gömrük komitəsinin keçmiş şöbə müdirinin məhkəməsində şahid kimi dindirilib.
S.Həbibbəylinin dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.
2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanıyla Dövlət Gömrük Komitəsinin sədri təyin olunub və 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvandakı bir sıra qurumlarda silsilə əməliyyatlar keçirənədək bu vəzifədə işləyib.
“Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur”
DTX əməkdaşlarının Naxçıvanda saxlayıb Bakıya gətirdikləri məmurlar arasında S.Həbibbəylinin də adı çəkilib. Həmin vaxt atası – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli də oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.
“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, - deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.
Bir neçə gün sonra gömrük generalı S.Həbibbəylinin sərbəst buraxıldığı haqda məlumat yayılmışdı.
2022-ci il noyabrın 28-də prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.
General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib:
“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.
O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumları olub.
S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir. Sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər:
“Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.
S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatacaq.
İki nəfərə şərti cəza verilib
DTX-nın Naxçıvan MR Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. Onunla yanaşı, 2020-ci ilədək M.Əsgərovun vəzifəsində çalışmış, daha sonra muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov və başqaları da həbs edilmişdi.
M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib. Birlikdə mühakimə olunan bu şəxslərin hər ikisinə bu günlərdə hökm oxunub və şərti cəza verilib.
M.Əsgərovla bağlı cinayət işində iddia olunur ki, 2016-2022-ci illərdə Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilib.
Keçmiş gömrük əməkdaşı özünü qismən təqsirli bilir. O deyib ki, konkret qeyri-rəsmi sistem qurulmuşdu və ora nəzarət vardı. Həmin nəzarət sayəsində kimsə oradan bir manat pul mənimsəyə bilməzdi. Toplanan pullar hesabatla birlikdə Dövlət Gömrük Komitəsinin sədrinə çatdırılırdı. Manatla olan vəsaitlər bəlli şəxslər vasitəsilə dollara çevrilir və qutularda gətirilirdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri