Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət İsa oğlu Həbibbəylinin ölkədən çıxışının qarşısı alınıb.
Bu haqda "Hürriyyət"ə etibarlı qaynaqlardan məlumat verilib.
Bildirilir ki, Səhət Həbibbəyli bir neçə gün əvvəl səhhətində yaranmış problemlə əlaqədar ölkəni tərk etmək istəyib. Lakin sərhəddə ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb.
Mənbə deyir ki, sabiq Komitə sədri yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyini və sərhədçilərə xaricdə müalicəyə ehtiyacı olduğunu bildirsə də, ona "ölkədə müalicə alması üçün səhiyyəmizin yetərli imkanlara malik olduğu" bildirilib.
Qeyd edək ki, S.Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, AMEA-nın keçmiç prezidenti, akademik İsa Həbibbəylinin oğludur.
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















