Icma.az
close
up
RU
Şəhid adları verilmiş küçələrdə onların statusu niyə qeyd olunmur? “Nazirlər Kabineti Lermontovdadır...”

Şəhid adları verilmiş küçələrdə onların statusu niyə qeyd olunmur? “Nazirlər Kabineti Lermontovdadır...”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ müharibəsi ilə bağlı bəzi paradoksal və ziddiyətli məsələlər var. Bu məsələlər aradan qaldırılmalıdır”.

Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ehtiyatda olan polkovnik bildirib ki, hər iki Qarabağ müharibəsinin iştirakçılarına bərabər yanaşma olmalıdır:

“Mayın 6-da Prezidentin hərbi məsələlər üzrə köməkçisi general-mayor Fərid Seyidovun qəbulunda oldum. Xeyli məsələləri qaldırdım. Necə olur ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərə baş nazirin imzası ilə “Vətən müharibəsi iştirakçısı” döş nişanı verilir, amma bizə, Birinci Qarabağ müharibəsi iştirakçılarına o döş nişanı verilmir? Axı Vətən eyni vətəndir, dövlət eyni dövlətdir, ordu həmin ordudur.

Fərid Seyidov mənimlə razılaşdı ki, doğru deyirsiniz, vahid yanaşma olmalıdır. Yəni birmənalı olaraq o döş nişanı Birinci Qarabağ müharibəsi iştirakçılarına da verilməlidir”. 

Ü. Cəfərov qeyd edib ki, şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar:

“Bəzi yerlərdə şəhid olmuş şəxsin sadəcə ad-soyadını yazırlar. Məsələn, Əliyar Əliyev küçəsi. Əliyar Əliyev Azərbaycanın həm Milli Qəhrəmanıdır, həm də şəhiddir. Siz Binəqədi rayonunu nümunə çəkdiniz. O rayonda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailəsi yaşayır. Binəqədinin icra hakimiyyətinə təklif etdik ki, Allahverdi Bağırovun adı küçələrdən birinə verilməklə əbədiləşdirilsin. Anmma bu günə qədər həmin bu məsələ həllini tapmayıb.

Ən maraqlısı odur ki, Nazirlər Kabinetinin yerləşdiyi küçənin adı Lermontovun adınadır. Halbuki o küçəyə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi üçün canından keçmiş, generallardan, yaxud sıravi şəhidlərdən birinin adını vermək olar. Mən bunu dəfələrlə rəsmi görüşlərdə də demişəm. Şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar”.

Xatırladaq ki, sosial şəbəkələrdə şəhid adları daşıyan küçələrdə ad-siyaddan qabaq "şəhid" sözünün qeyd olunmamasına da dair müzakirələr gedir. Etirazla qarşılann bu hallardan biri də Binəqədidəki Şəhriyar Qasımov küçəsinə aiddir. İkinci Qarabağö müharibəsi şəhidinin adı həmin küçəyə bir müddət əvvəl verilib. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri